Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-166/2026 27.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İnzibati protokolu tərtib edən şəxs Qarayev Nurəddin Vəkil oğlunun, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, 14 avqust 1988-ci il tarixdə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, hazırda Ağdam rayonu Çəmənli kəndində yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş təqdimata və materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Hacıyev X4 Şəhər Məhkəməsinin 2(051)-412/2021saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməyərək müəyyən olunmuş borcundan ödəniş etməmişdir. Bu müddət ərzində cəmi 2199,90 manat məbləğində aliment borcu yaranmışdır. Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru N.Qarayev tərəfindən 27 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Ağdam Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nurəddin Qarayev təqdimatı müdafiə edərək göstərdi ki, Şəxs icra işi onun icraatına verilmişdir. Şəxs dəfələrlə icra şöbəsinə dəvət edilmiş, ona borcunu ödəməyin zəruriliyi dəfələrlə izah edilmişdir. Bu barədə ona dəfələrlə yazılı xəbərdarlıq edilmişdir. Tələbkar dayanmadan yuxarı dövlət orqanlarına şikayətlər edir, məhkəmə icra məmurunun tədbir görməməsindən, hərəkətsizliyindən şikayətlər edir. Qətnamədə qeyd edildiyi vaxtdan hazırki vaxta qədər borclu Şəxs borcunu mütəmadi olaraq icra etmir. Bütün icra tədbirləri görülməsinə baxmayaraq borclu Şəxs borcunu tam ödəməmiş, Şəxs xx.xx.2026-cı il tarixə 2199,90 manat aliment borcu yaranmış, tələbkar şikayətlərini davam etdirir. Ona görə də təqdimatı müdafiə edir. Şəxs barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında heç bir yerdə işləmədiyini, əvvəllər hərbi xidmətdə baş gizir işləyərək aylıq 1700 manat maaş aldığını, hər ay maaşından 400-500 manat aliment verdiyini, 27 noyabr 2024-cü il tarixdən xidməti uyğunsuzluqla işdən çıxarıldığını, inzibati məhkəmənin qərarı ilə işə qaytarıldığını, hazırda icra sənədi üzrə cəmi 2199,90 manat aliment borcunun olduğunu bildirdi. Göstərdi ki, həmin yaranmış borc məbləğlərini bir dəfəyə tam olaraq ödəyə bilmir. Hazırda olan borcunu tam şəkildə ödəməyə imkanı yoxdur, nəzərə alınmasını xahiş edir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göründüyü kimi özünün etirafı və iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, Şəxs İXM-nin həmin maddəsi ilə təqsirli bilinməli və inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası Mərkəzi Həkim Komissiyasının Qərarından görünür ki, Hacıyev X1 natamam remissiya mərhələsində. Xroniki gedişli, hər iki oma-qalça oynağının zədələnməsi ilə, xroniki qastrit, natamam remissiya mərhələsində, Heratosteatoz xəsdəlikdir, hərbi xidmət dövründə alınmışdır. «Xəsəliklər cədvəli»nin 64c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarxli 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspretizası haqqında Əsasnamə»yə qoşma) əsasən Sıradankənar hərbi xidmətə yaralıdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24 iyun 2013-cü il tarixli əmri ilə Şəxs «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)» yubley medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2021-ci il tarixli 2717 nömrəli sərəncamı ilə Şəxs «Ağdamın azad olunmasına görə» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə Şəxs «Vətən müharibəsi iştirakçısı» medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2023-cü il tarixli əmri ilə Şəxs «Qüsursuz Xidmətə Görə» 3-cü dərəcəli medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyası tərəfindən verilmiş 10 noyabr 2023-cü il tarixli M/V № 131327 saylı vəsiqənin surətindən görünür ki, Şəxs müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Məhkəmə iş materiallarını araşdırıb, Şəxs vətən qarşısında xidmətlərini, məhkəmə məmurunun göstərdiklərini, işin hazırkı halını nəzərə alıb hesab edir ki, Şəxs islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. İXM-nin 2-ci maddəsinə görə X2 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə görə məzkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106- 119-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 500 (beş yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №3(5-107)-166/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-166/2026
27.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver