Məhkəmə qərarları › İş №3(5-107)-172/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-172/2026

16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-172/2026 16.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Hüquqi ünvanı Ağdam rayonu, Kosalar, 20 Yanvar küçəsi olan Şəxsn barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxsn Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin ona ünvanladığı X1 müraciəti ilə bağlı xx.xx.2025-ci il tarixli 3-17-5/2-120431/2025 saylı sorğuya cavab verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxsn nümayəndəsinə işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi iş materiallarında olan inzibati xəta haqqında xx.xx.2026-ci il tarixli MN № ******* saylı protokol, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-17-5/2-120431/2025 saylı sorğu, xx.xx.2026-cı il tarixli 3-17-5/2- 16734/2026 saylı məktub və digər iş materialları ilə təsdiq olunur. Şəxsn Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə belə hesab edir ki, RAİL Trans Service» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə RAİL Trans Service» Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinib, iki min manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar