Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-183/2026 16.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Ağdam rayonunun Bağbanlar kəndində qeydiyyatda olan, Bakı şəhəri Nəsimi rayonu Mərdanov Qardaşları küçəsi ev 117 A-da yaşayan X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30322332 saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan C.S.Zeynallı məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 10:44:15-də etibarnamə ilə idarə etdiyi «Toyota Corolla 2006 Keşbek” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu X3 istiqamətində hərəkətdə olarkən cərimə olunması barədə telefonuna SMS vasitəsi ilə elektron qərar gəlmişdir. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025ci il tarixli EQ 30322322 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə 400 (dörd yüz) manat məbləğində cərimə edilmiş və 220 manat dəbbə pulu əlavə gəlmişdir. xx.xx.2025-ci il tarixli EQ 30322322 nömrəli qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi Mərkəzi Məlumat Xidmətinin fotoçəkilişindən göründüyü kimi xx.xx.2025-ci il tarixdə «Toyota Corolla 2006 Keşbek” markalı ** ET *** dövlət qeydiyyat nişanlı avtomobili atası X2 idarə etməmişdir. Barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ 30322322 nömrəli elektron qərar qərəzli olmaqla subyektiv amillərlə bağlıdır. Göründüyü kimi yuxarıda göstərilənlər xx.xx.2025-ci il tarixli EQ 30322322 nömrəli İqərarın əsassız və qanunsuz olduğunu təsdiq edir. Qeyd edilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 30322322 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən C.S.Zeynallı şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. C.S.Zeynallının barəsində inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Baş X6 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30322332 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, C.S.Zeynallı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinib, dörd yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, C.S.Zeynallının şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30322332 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə-məsuliyyət və dörd yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. C.S.Zeynallının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barəsində tərtib edilmiş xx.xx.2025ci il tarixli protokolla təsdiq olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30322332 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X1 barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 30322332 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(5-107)-183/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-183/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver