Məhkəmə qərarları › İş №3(5-107)-197/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-197/2026

31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Ağdam rayon İş № 3(5-107)-197/2026 31.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSI Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İmanov Abdulla Rövşən oğlunun iştirakı ilə, ##.##.1999-cu ildə Ağdam rayonunun Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonunun Göytəpə kəndində qeydiyyatda olan, Bərdə rayonu Qarabağ qəsəbəsi ev 5-də yaşayan İmanov Abdulla Rövşən oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin ##.##.2026-cı il tarixli EQ ******** saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan A.R.İmanov məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, «Ford GARGO» markalı **BY*** dövlət qeydiyyat nişanlı yuk avtomoblini etibarnamə əsasında idarə edir. ## #### 2026-cı il tarixdə barəsində inzibati xəta haqqında EQ ******** nömrəli elektron qərar qəbul edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat cərimə edilmişdir. Aşağıda şərh olunan əsaslara görə ## #### 2026-cı il tarixli qərarı əsassız hesab edir. ##.##.2026-cı il tarixdə Imişli rayonu Qaradonlu kəndi ərazisində etibarnamə əsasında idarə etdiyim «Ford GARGO» markalı **BY*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə hərəkətdə olduğu zaman, yolda quraşdırılmış texniki vasitə avtomobildə olan yükün çəkisinin normadan artıq, yəni 33710 kq qeyd etmiş və nəticədə barəsində elektron qərar qəbul edilmişdir. Avtomobil və avtomobildə olan yükün ümumi çəkisi 32260 kq təşkil etmişdir. Həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsində avtomobilin maksimum kütləsi 33100 kq göstərilmişdir. Avtomobili yüklə birlikdə ## #### 2026-ci il tarixdə, saat 23:23 radələrində Sabirabad rayonunda elektron tərəzidə çəkilmiş, ümumilkdə avtomobilin çəkisi 32650 kq təşkil etmiş və bu barədə ona qəbz təqdim edilmişdir. Bərdə rayonunda yük çəkilərkən ümumi çəki 32660 kq olmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 06.03..2026-cı il tarixli EQ 34446244 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən A.R.İmanov şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin nümayəndəsinə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 06.03..2026-cı il tarixli EQ 34446244 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, A.R.İmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib, altı yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, A.R.İmanovun şikayəti təmin edilməyərək onun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 06.03..2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə məsuliyyət və altı yüz manat məbləğində cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, A.R.İmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddənin sanksiyası həddində cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra aldı: İmanov Abdulla Rövşən oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 06.03..2026-cı il tarixli EQ 34446244 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. İmanov Abdulla Rövşən oğlunun barəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 06.03..2026-cı il tarixli EQ ******** saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar