Azərbaycan Respublikası adından Qərar Ağdam rayon İş № 3(5-107)-198/2026 31.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSI Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, ##.##.1987-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Ağdam rayonu ** nömrəli ümumtəhsil tam orta məktəbdə xadimə işləyən, Ağdam rayonunun Şıxbabalı ərazi dairəsinin Muğanlı kəndində qeydiyyatda olan, Ağdam rayonunun Səfərli qəsəbəsində yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən e t d i: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2025-ci ildə saat 10 radələrində Ağdam rayonu Səfərli qəsəbəsi ** saylı tam orta məktəbin direktoru işləyən Əliyeva Aliyə Səhrad qızının xidməti otağında sonuncuya məxsus olan bir ədəd taxta miniatur xalq alətləri qız qalası suvenirini əli ilə vurub sındırmaqla Zərərçəkmiş şəxs manat 60 manat məbləində ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Ü.Ə.Abdullayev göstərmişdir ki, işlədiyi məktəbin direktoru Zərərçəkmiş şəxs digər xadimənin yanında onun ünvanına xoşagəlməz sözlər demiş və həmin xadimə direktorun otağından çıxıb onu söymüşdür. O, direktorun otağına gedərək hansı səbəbdən onun ünvanına nalayiq sözlər dediyini soruşmuş və əli stolun üstündəki suvenirə dəymişdir. Suvenir yerə düşərək sınmışdır. İlk dəfə olaraq inzibati xəta törətdiyini və tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, Ağdam rayonu ** nömrəli ümumtəhsil tam orta məktəbin direktoru işləyir. Ülviyyə həmin məktəbdə 0,5 ştat xadimə, 0,5 ştat isə qanunsuz olaraq soba yandıran işləyir. ##.##.2025-ci ildə Ülviyyəni qanunsuz olaraq işlədiyi soba yandıran işindən azad etmişdir. ##.##.2025-ci ildə saat 10 radələrində Ülviyyə onun otağına gələrək nalayiq söyüşlər işlətmiş, stolun üstündə olan qız qalası, tar, kaman və qavaldan ibarət suveniri vurub sındırmışdır. Ülviyyənin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı olmadığını və cinayət işinin başlanmasını tələb etdiyini bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş ##.##.2026cı il tarixli MN № 2306678 saylı inzibati xəta haqqında protokol, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərar və digər iş materialları ilə təsdiq olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal yoxdur. Onun ilk dəfə olaraq inzibati xəta törətməsi və təqsirini etiraf edərək tutduğu əməldən peşmançılıq hissi keçirməsi məsuliyyətini yüngülləşdirən hallardır. Məhkəmə belə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati cərimə növündə tənbeh tətbiq etməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərinə nail olmaq mümkün olacaqdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakteri, şəxsiyyəti, təqsirinin dərəcəsi, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə almışdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21,30-31, 40,43,48-51,128-130-cu maddələrini rəhbər tutub, qərara a l d ı: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli (altmış manat) məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(5-107)-198/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-198/2026
31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver