Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-213/2026 19.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil X3, Ağdam rayon prokurorunun böyük köməkçisi X2 iştirakı ilə, xx.xx.2008-ci ildə Tərtər rayonunun Qaraqoyunlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Ağdam şəhəri İ.Qayıbov küçəsi ev 14-də qeydiyyatda olan, Ağdam rayonu İmamqulubəyli qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, m ü ə y y ə n e t d i: Şəxs xx.xx.2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Zərərçəkmiş şəxs məxsus qəbir daşları düzəldilən sexdən 70 manat dəyərində iki ədəd şalvar, bir ədəd gödəkçəni və 24 manat nağd pulu oğurlamaqla talamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində məhkəmədə izahat verən Şəxs özünü təqsirli bilmiş və izahat verib göstərmişdir ki, xx.xx.2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində Zərərçəkmiş şəxs məxsus qəbir daşları düzəldilən sexdən iki ədəd şalvar, bir ədəd gödəkçəni və 24 manat nağd pulu oğurlamışdır. Hazırda dəymiş ziyanı tamamilə ödədiyini və zərər çəkmiş şəxslə barışıq əldə etdiyini qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə izahat verən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində ona məxsus qəbir daşları düzəldilən sexdən 70 manat dəyərində iki ədəd şalvar, bir ədəd gödəkçə və 24 manat nağd pulu oğurlanmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin əşyaları və pulu Süleyman oğurlamışdır. Ona dəymiş ziyanın tamamilə ödənildiyini və hazırda Sleyman Mehralıyevlə barışıq əldə etdiyini qeyd etməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Ağdam rayon prokurorunun böyük köməkçisi S.R.Məmmədli qanuna müvafiq qərar çıxarılmasını xahiş etmişdir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, Ağdam Rayon Polis X1 təhqiqatçısının qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2026-cı il tarixli qərar, xx.xx.2026-cı il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq olunur. İş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tamamilə ödənilmiş, Şəxslə barışıq əldə edilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödədiyini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərər çəkmiş şəxslə barışdığını nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1 və 53.0.10-cu maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51,53.0.9, 105.1, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №3(5-107)-213/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-213/2026
19.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver