Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-25/2026 09.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ağdam rayon X4 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası Ağdam rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, müharibə iştirakçısı, Ağdam rayonu Seyidli kəndində qeydiyyatda olan və Bərdə rayonu Ərəblər kəndində yaşayan, Şəxs - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam Rayon Polis Şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 09 yanvar 2026-cı il tarixdə Ağdam rayonu Təzəkənd kəndində yerləşən polis nəzarət postunda xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən barəsində İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Ağdam Rayon Polis Şöbəsinin polis sahə rəisi Zamiq Əhmədzadə göstərdi ki, 09 yanvar 2026-cı il tarixdə saat 13 radələrində Ağdam rayonu Təzəkənd kəndi ərazisində yerləşən postda xidmətdə olduqları zaman Şəxs «X6» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdam rayonu Xıdırlı kəndində getmək üçün stasionar posta yaxınlaşmış, polis əməkdaşları onun icazəsi yoxlayaraq onun giriş icazəsinin olmadığını bildirdikdə Şəxs ilə onlara mübahisə etmiş, onların qanuni tələblərinə tabe olmamış, əməkdaşların köməyi ilə rayon polis şöbəsinə gətirilmiş və barələrində protokol tərtib olunmuşdur. Hazırda əməllərini etiraf etmiş, peşmançılıq bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etdi, izahatında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu bildirdi. Əlavə olaraq qeyd etdi ki, 09 yanvar 2026-cı il tarixdə saat 13 radələrində idarə etdiyi «X6» markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ağdam rayonu Xıdırlı kəndində getmək üçün Ağdam rayonu Təzəkənd kəndində yerləşən stasionar posta yaxınlaşmış, polis əməkdaşları onun giriş icazəsini yoxlayan zaman giriş üçün icazəsinin olmadığını bildirdikdə polis əməkdaşları ilə aralarında mübahisə yarandığını və bu səbəbdən də polis əməkdaşlarının onları Ağdam Rayon Polis Şöbəsinə gətirdiklərini bildirdi. Bir daha bildirir ki, əməlindən peşmandır, ona yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, Şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 535.1-ci madəsi ilə tövsif edilmiş, o, həmin maddə ilə təqsirli bilinməli və tənbeh edilməlidir. Məhkəmə toplanmış materialları qiymətləndirib, Şəxs ilk dəfə inzibati xəta örtəməsini, peşmançılığını, müharibə iştirakçısı olduğunu, şəxsiyyətini nəzərə alıb hesab edir ki, onun islah olunması, qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün inzibati qaydada cərimə edilməsi mümkündür, bu tədbir onun islah olunması üçün yetərli olacaq. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 535-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 2-ci maddəsinə görə X1 vəzifəsi insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalı, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallan nəzərə alınır. Azərbaycan Vətən Müharibəsi İctimai Birliyi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş № 76764 saylı vəsiqənin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında itirak etmiş və Azərbaycan Vətən Müharibəsi X3 Bərdə rayon şöbəsində üzv kimi qeydiyyatdadır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-119-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs - Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan 10 /on/ gün müddətində Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim : E.Bayramov.
Məhkəmə qərarları › İş №3(5-107)-25/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-25/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver