Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-3/2026 13.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, «X1 Kompleksi» MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati materiala Ağdam Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 07 iyul 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən «X1 Kompleksi» MMC (VÖEN **********) tərəfindən inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icrası ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 07 may 2025-ci il tarixli 3-17-5/2-42003/2025 nömrəli məktubunda nəzərdə tutlmuş tədbirləri görülməmişdir. Qeyd olunan qərarın məzmununa görə hüquqi şəxs «X1 Kompleksi» MMC Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs «X1 Kompleksi» MMC-dən məhkəməyə ərizə daxil olmuş, ərizədə MMC-nin iddia edilən pozuntu barədə əvvəlcədən rəsmi olaraq heç bir məlumatı olmadığını, qanuni qüvvəyə minmiş və icrası tələb olunan cərimə qərarı olmadığı halda İXM-nin 529.1-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmə cəhdinin hüquqi məntiqə zidd olduğunu və qərəzli xarakter daşıdığını, inzibati protokol tərtib edilərkən bir sıra mühüm prosessual tələblərə riayət edilmədiyini, hadisəninin faktiki hallarının tam və aydın təsvir olunmadığı, cəmiyyətin izahat vermək hüququnun lazımi qaydada təmin edilmədiyi, inzibati xətanın sübuta yetirilmədiyi bildirilmiş və icraata xitam verilməsi məhkəmədən xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında protokolu və digər sənədləri araşdıraraq hesab edir ki, «X1 Kompleksi» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində görə Bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı «X1 Kompleksi» MMC-nin əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyini yuxarıda sadalanan maddələrinə əsaslanaraq hesab edir ki, hüquqi şəxs «X1 Kompleksi» MMC inzibati xətanı törətməsi faktı sübuta yetirilir. Ona görə də «X1 Kompleksi» MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsinin sanksiyası həddində, yəni cərimə növündə inzibati tənbeh edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 18.5, 30-34, 106-115 və 529.1-1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ağdam rayonu, Quzanlı qəsəbəsində yerləşən «X1 Kompleksi» MMC (VÖEN X1 Kompleksi) Azərbaycan Respublikası İXM-in 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(5-107)-3/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-3/2026
13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver