Məhkəmə qərarları › İş №3(5-107)-30/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-30/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-30/2026 13.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X7 oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32102162 inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X4 Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32102162 inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32102162 inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, cərimə və balın silinməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunan şikayətdə göstərilmişdir ki, xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Təbriz küçəsində saat 14:25 radələrində X2 idarə etdiyi **-CT-*** dövlət qeydiyyat nişanlı "Audi A6" markalı nəqliyyat vasitəsi ilə bağlı EQ32102162 nömrəli elektron inzibati protokol tərtib edildiyini, İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə istinadən tərtib edilmiş protokolda, guya nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgədə dayanması göstərildiyini, lakin əlavə edilmiş fotoşəkillərdən də açıq şəkildə həmin vaxt yol sıxlığı səbəbindən qarşıdakı nəqliyyat vasitəsinin hərəkətini tam dayandırdığını, nəticədə onun hərəkəti davam etdirməsinin obyektiv olaraq mümkün olmadığını, dayanmanın məcburi xarakter daşıyaraq sürücünün iradəsindən asılı olmadığını, qeyd olunan vəziyyətin Azərbaycan Respublikası Yol Hərəkəti Qaydalarına əsasən məcburi dayanma hesab edildiyini və inzibati məsuliyyət yaratmamalı olduğunu, buna baxmayaraq elektron qaydada inzibati protokol tərtib edildiyini, bununla əlaqədar olaraq, xx.xx.2025-ci il tarixində, yəni protokolun tərtib edildiyi elə həmin gün elektron qaydada (Asan ödəniş sistemi üzərindən) rəsmi şikayət müraciəti edildiyini, lakin bu günədək müraciətlə bağlı şikayətçiyə heç bir rəsmi cavab və ya məlumat təqdim edilmədiyini bildirmiş, ona görə də göstərilənləri əsas gətirib məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X3 və Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq, X1 və Bakı şəhəri X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Bu halda məhkəmə işə X2 və Bakı şəhəri X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin EQ 32102162 nömrəli 19 noyabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda X2 **-CT-*** dövlət qeydiyyat nişanlı "Audi A6" minik markalı dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 19 noyabr 2025-ci il tarixdə 14:25-də Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - inzibati xətanı törətməyinə görə 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X2 həm inzibati xəta haqqında protokolda həm də inzibati xəta haqqında qərarda inzibati xəta törətməsi haqqında sübutlar öz əksini tapmamışdır. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXM- nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həqiqəti əks etdirmir və məhkəmə iclasında öz təsdiqini tapmır. Barəsində protokol tərtib edilmiş şəxs, protokolla razı olmadıqda, onun təqsiri digər əlavə sübutlarla təsdiq edilməlidir. Həmçinin təqdim edilmiş fotoşəkillərdən də görünür ki, avtomobilin hərək etdiyi yolda digər avtomobil dayanması səbəbindən tıxac yaranmış və qarşıdakı nəqliyyat vasitəsinin hərəkətini tam dayandığı səbəbindən onun hərəkəti davam etdirməsinin obyektiv olaraq mümkün olmamış və dayanmanın sürücünün iradəsindən asılı olmamışdır. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Belə olan halda şikayət təmin edilməklə X2 barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli qərarı qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128-130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası DİN Bakı şəhəri X8 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32102162 inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar