Məhkəmə qərarları › İş №3(5-107)-33/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-33/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-33/2026 22.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN BDYP-nin 09 dekabr 2025-ci il tarixli EQ 32541007 saylı qərardan verdiyi şikayəti üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: X2 məhkəməyə şikayət ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 332.3-cü maddələri ilə tərtib edilmiş 09 dekabr 2025-ci il tarixli EQ 32541007 saylı X4 haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında göstərdi ki, 09 dekabr 2025-ci il tarixdə saat 17:38 radələrində idarə etdiyi “MERCEDES BENZ S500 minik markalı, ** BZ *** dövlət qeydiyyatlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistral yolunda hərəkətdə olarkən telefonuna sms vasitəsilə cərimə olunması ilə bağlı elektron qərarın gəldiyini, qərara əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ altı ay müddətinə məhdudlaşdırıldığını, 6 dəqiqə sonra, yəni 17:51 radələrində idarə etdiyi “MERCEDES BENZ S500 minik markalı, ** BZ *** dövlət qeydiyyatlı avtomobili ilə Bakı-Ələt-Qazax-Gürcüstan avtomagistral yolunda hərəkətdə olarkən yenidən telefonuna sms vasitəsilə cərimə olunması ilə bağlı elektron qərarın gəldiyini, qərara əsasən 400 (dörd yüz) manat məbləğində cərimə edildiyini, tərtib edilmiş birinci inzibati xəta ilə (yəni sürücülük hüququn 6 ay müddətinə məhdudlaşdırılması) ikinci inzibati xəta hadisəsi arasında cəmi 13 dəqiqə keçdiyini, bu 13 dəqiqə ərzində avtomobilində olan xəstəni mənzil başına apararkən baş verdiyini, qərardan şikayət vermə hüququnun pozulduğunu, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ 32540977 nömrəli X4 Haqqında qərarı mübahisələndirmədiyini, lakin DiN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin xx.xx.2025-ci il tarixli EQ/32541007 nömrəli X4 Haqqında qərarının tam əsassız və qanunsuz olduğuna görə mübahisələndirdiyini əsas gətirərək məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayətçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ32540977 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X2 “MERCEDES BENZ S500 minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 09 dekabr 2025-ci il tarixdə saat 17:38-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 50 manat cərimə edilmiş və ona törətiyi xəyataya müvafiq olaraq 02 bal təyin edilmiş, il ərzində 21 bal toladığı üçün onun nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ32541007 nömrəli inzibati xəta haqqında elektron qərardan görünür ki, X2 “MERCEDES BENZ S500 minik markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən 09 dekabr 2025ci il tarixdə saat 17:51-də Azərbaycan Respublikası İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı yenidən törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında elektron qərarla X2 Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 332.3-cü maddələri ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsinə əsasən Bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X4 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - 400 yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1–57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası İXM-nin 138.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2. əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. Məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixli EQ 32540977 nömrəli inzibati xəta haqqında elektron qərarda göstərilən inzibati xətanın törədilməsi ilə xx.xx.2025-ci il tarixli EQ32541007 nömrəli inzibati xəta haqqında elektron qərarda göstərilən inzibati xətanın törədilməsi arasıda olan vaxt 13 dəqiqə olmuşdur. Belə olan halda xx.xx.2025-ci il tarixli EQ 32540977 nömrəli elektron qərarda göstərilən inzibati xəta üzrə qərar qanuni qüvvəsini almamış və inzibati xəta tərədən şəxsin də bu qərardan xəbəri olmamışdır. Bu hal nəzərə alınmadan X2 barəsində xx.xx.2025-ci il tarixli EQ32541007 nömrəli inzibati xəta haqqında elektron qərarla Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 332.3-cü maddələri ilə 400 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Belə olan halda şikayət qismən təmin edilməklə X1 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 dekabr 2025-ci il tarixli EQ 32541007 saylı qərarı qərarı ləğv edilməli və yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114, 128-130,135-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin 09 dekabr 2025-ci il tarixli EQ 32541007 saylı qərarı qərarı ləğv edilsin. X1 barəsində yenidən araşdırma aparılması üçün inzibati material Azərbaycan Respublikası DİN BDYPİ-yə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar