Məhkəmə qərarları › İş №3(5-107)-38/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-38/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-38/2026 06.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, X2 xx.xx.2025-ci il tarixli, EQ 32979724 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verilmiş şikayəti üzrə inzibati materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32979724 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 3(5-97)-155/2026 saylı xx.xx.2026cı il tarixli qərardadı ilə qeyd olunan şikayət baxılması üçün aidiyyəti üzrə Ağdam rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq X3 və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 64.3-cü maddələrinə əsasən işə X2 və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 32979724 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olan və Ağdam rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X3 xx.xx.2025-ci il tarixdə saat 11:26-da “Toyota Camry” minik markalı, ** AK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən olunmuş hərəkət sürətini 41-60 km/saat həddində aşmağına görə Azərbaycan Respublikası İXM-nin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və X3 200 manat cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəməyə verdiyi şikayətində göstərmişdir ki, xəta qərarda xx.xx.2025-ci il saat 11:26-da qeyd edilsə də, elektron qərar xx.xx.2025-ci il tarixlidir. Bu hal isə İXM-nin 122-ci maddəsinin tələbinə birbaşa ziddir, ona görə ki, xüsusi texniki vasitə ilə aşkar olunan qayda pozuntuları dərhal qərar şəklində çıxarılır və DİN BDYPİ-nin X1 inteqrasiya edilir. Həmçinin xx.xx.2025-ci il tarixli EQ 32979724 nömrəli qərarda qeyd olunan xətanın hansı ərazidə törədilməsi və xətanın mahiyyəti qeyd olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən, Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- - iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati tənbeh vermə hesab olunur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, inzibati tənbeh vermənın olub-olmamasını, inzibati tənbeh vermə törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati tənbeh verməlar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati tənbeh verməlar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati tənbeh vermə haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməməlidir. Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 128.1, 129.1.5, 134-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 32979724 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar