Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-53/2026 28.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ağdam rayon X10 təhlükəsizlik bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X3 iştirakı ilə, xx xxxx 1982-ci ildə Ağdam rayonu Novruzlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ağdam rayonu Novruzlu kəndində qeydiyyatda olan və Ağdam rayonu, Qaradağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Ağdam Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ağdam rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində X4 döymüş və Zərərçəkmiş şəxs məxsus avtomobilinə 300 manat qəsdən ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icrat aparılan Şəxs vəkil təqdim edilmiş, sonuncu ərizə təqdim edərək vəkildən imtina etmiş və öz hüquqlarını özü müdafiə edəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ağdam rayon X10 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5 inzibati protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində X4 döymüşdür və Zərərçəkmiş şəxs məxsus avtomobilinə 300 manat qəsdən ziyan vurmuşdur. Hadisə ilə bağlı Ağdam rayon X8 Bölməsində araşdırma aparılmış, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, onun əməlində inzibati xəta tərkibi olduğu üçün inzibati tənbeh tədbiri görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağdam RPŞ-nin İTB-yə göndərilmişdir. Odur ki, Şəxs inzibati məsuliyyətə verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək, X4 döymədiyini, heç kimin maşınına ziyan vurmadığını bildirdi və onun barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində anam X4 döymüş və ona məxsus avtomobilə 300 manat qəsdən ziyan vurmuşdur. Odur ki, Şəxs inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində onu döymüş və oğlu Zərərçəkmiş şəxs məxsus avtomobilə 300 manat qəsdən ziyan vurmuşdur. Odur ki, Şəxs inzibati qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Ağdam rayon Qaradağlı kənd sakini X1 izahatında göstərdi ki, onun övladının evə gələrək qardaşı Mehmanın vəziyyətinin yaxşı olmadığını ona bildirdi, o isə dərhal qardaşıgilə getdiyini və orada Şəxs qardaşına və onun ailə üzvlərinə qarşı təhqiramiz sözlər, nalayiq ifadələr işlətdiyini və o isə qonşularla birlikdə Şəxs oradan uzaqlaşdırmış və təcili tibbi yardım çağırmışdır. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında araşdırılmış Ağdam RPŞ-nin TB-nin təqiqatçısı Yusif Musayev tərəfindən qəbul olunmuş xx.xx.2026-cı il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başalanması rədd edilməklə bərabər, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157 və 232- 1-ci maddələri ilə nəzərdə tutlmuş inzibati qaydada tənbeh edilməsi üçün qərarın surətinin Ağdam RPŞ İTB-yə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan MN seriyalı, № ******* nömrəli, 27 yanvar 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Ağdam rayonu, Qaradağlı kəndində yerləşən fərdi yaşayış evində X4 döymüş və Zərərçəkmiş şəxs məxsus avtomobilinə 300 manat qəsdən ziyan vurmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən əmlakı qəsdən məhv etmə və ya zədələmə, yəni özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə baxışı zamanı Şəxs əməlini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə iş üzrə zərəçəkənlərin və şahidin məhkəmə iclasında verdiyi izahatları və ş materialları ilə Şəxs inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyası həddində, yəni onun barəsində inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 22, 30, 31, 106-757-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiya çərçivəsində onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. Həbs etmənin əvvəli 28 yanvar 2026-cı il tarixdən hesablansın. Qərardan surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №3(5-107)-53/2026
Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-53/2026
28.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver