Məhkəmə qərarları › İş №3(5-107)-77/2026

Ağdam Rayon Məhkəməsi Qərar — İş №3(5-107)-77/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdam rayonu İş № 3(5-107)-77/2026 17.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 nümayəndəsi – həmin X6 Bölməsinin rəis müavini X3 iştirakı ilə, xx.xx.1988-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Ağdam rayonunun Xıdırlı kəndində kəndində qeydiyyatda olan, Oğuz şəhəri Heydər Əliyev prospektində yaşayan X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan İ.A.Əliyev məhkəməyə şikayət ünvanlayaraq göstərmişdir ki, Ağdam rayonunun Xıdırlı kəndində qeydiyyatda olsa da məcburi köçkün kimi Oğuz şəhəri Heydər Əliyev küçəsində məskunlaşaraq yaşayır. Oğuz şəhərində bazar yeri adlanan ərazidə qəssablıq və ət məhsullarının satışı ilə məşğuldur. 20 may 2025-ci il tarixdə AQTA-nın X1 əməkdaşları onun işlədiyi ünvanda ona yaxınlaşaraq bu gündən sonra ətini satacağı heyvanların kəsimini Oğuz şəhərinin cənubunda yerləşən heyvan kəsimi məntəqəsində həyata keçirməyi, kəsilmiş heyvanların ekspertizası aparılmadan və bu barədə müvafiq işlər aparılmadan heyvan mənşəli məhsulların satışını həyata keçirməməsi barədə xəbərdarlıq etmişlər. Səhəri gün həmin heyvan kəsimi məntəqəsinə müraciət edərək gətirdiyi heyvanların kəsimini həyata keçirilməsini xahiş etmişdir. Həmin tarixdə və bir neçə gün ardıcıl qeyd edilən kəsim məntəqəsinə müraciət etsə də, təqdim etdiyi heyvanların kəsiminin həyata keçirilməsindən imtina edilmişdir. Qısa bir müddət sonra da həmin kəsim məntəqəsi fəaliyyətini dayandırmışdır. Oğuz rayonu ərazisində başqa kəsim məntəqəsi də fəaliyyət göstərməmişdir. Bundan sonra AQTA-nın Şəki- X5 rəisinə müraciət edərək vəziyyət barədə məlumat vermiş, sonuncu narahat olmamağı bildirib rəhbərlik etdiyi idarənin əməkdaşlarından bir neçə nəfəri dəvət edib ona lazımi köməklik göstərilməsini tapşırmışdır. Onlar da İ.A.Əliyevə bir neçə sual verib yola salmış, öz işi ilə məşğul olmağını, narahatçılıq olmadığını bildirmişlər. 30 yanvar 2026-cı il tarixdə Oğuz Rayon İcra və Probasiya Şöbəsindən telefon nömrəsinə SMS vasitəsilə barəsində qanuni qüvvəyə minmiş inzibati tənbeh vermə haqqında qərar olduğu, həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib 500(beş yüz) manat məbləğində cərimə edildiyi şikayətçiyə bildirilmişdir. İ.A.Əliyev Oğuz Rayon İcra və Probasiya Şöbəsinə müraciət edib barəsində olan 26 may 2025-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və digər sənədlərin surətlərini əldə edərək tanış olmuş, həmin tarixədək qeyd edilən qərarın verilməsindən xəbəri olmamışdır. Həmin iş üzrə tərtib edilən protokol və qərar əsassız və qanunsuz olaraq tərtib edilmişdir. Belə ki, qeyd edilən tarixdə qaydanı pozmamışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa edilməsi və həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 nümayəndəsi qismində məhkəmədə izahat verən X.R.Adıgözəlov şikayəti əsassız hesab edərək və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının qanuni olduğunu bildirərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.A.Əliyevə işə baxılmasının yeri və müddəti barədə bildirilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İ.A.Əliyevin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, İ.A.Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi ilə təqsirli bilinib, beş yüz manat cərimə edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə hesab edir ki, İ.A.Əliyevin müddətin bərpasına dair vəsatəti təmin edilərək onun barəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından şikayət vermək üçün buraxdığı müddət üzrlü olduğundan bərpa edilməli, lakin şikayəti təmin edilməyərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı dəyişdirilməməlidir. Belə ki, şikayətə baxılarkən məlum olmuşdur ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarının İ.A.Əliyevə verilməsini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir. Həmçinin qeyd etmək zəruridir ki, məhkəməyə şikayət etmək İ.A.Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsi heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istehsalına görə məsuliyyət və fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə növündə tənbeh nəzərdə tutmuşdur. İş materiallarından görünür ki, İ.A.Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 289.0.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddənin sanksiyası həddində cərimə edilmişdir. İ.A.Əliyevin xx.xx.2025-ci ildə Oğuz rayonunda heyvan mənşəli məhsulların baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışı həyata keçirməsi iş materiallarında olan Azərbaycan Respublikası Qida X2-X8 trəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokol, həmin Bölmənin xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarı və digər iş materialları ilə təsdiq olunmuşdur. İ.A.Əliyevin barəsində inzibati xətaya dair icraat aparılarkən və səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və y ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 6.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda qərarın dəyişdirilməsi, şikayətin və ya protestin isə təmin edilməməsi haqqında qərarın çıxarılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-134, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə q ə r a ra a l d ı : Müddətin bərpası haqqında vəsatət təmin edilərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarından X7 şikayət vermək üçün buraxılmış müddət bərpa edilsin. X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin X1 xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. X7 barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar