Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-108/2026 04.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala işin baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, “Hummer H3” markalı, 99FB411 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə ona 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məkəmə inzibati xəta haqqında materialın Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən baxılmağa hazırlanması zamanı müəyyən etmişdir ki, işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında EQ 27252462 nömrəli qərar xx.xx.2025-ci il tarixdə qəbul edilməklə, Şəxs həmin tarixdə çatdırılmış, bu qərardan şikayət müddətini (20 gün) və cərimənin ödənilməsi üçün nəzərdə tutulan 3 ay müddəti nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi vaxtı həmin müddətin bitməsi vaxtından, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Lakin həmin vaxtdan da artıq 4 ay müddət ötməklə həmin xəta ilə bağlı şəxsin barəsində inzibati məsuliyyətə cəlb etmə, yəni inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın yaranması vaxtı xx.xx.2025-ci il tarixdən hesablanmaqla və həmin vaxtdan 4 ay müddət ötməsi nəzərə alınaraq Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatması əsası ilə, yəni inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatması əsası ilə, yəni inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(5-108)-108/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-108/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver