Məhkəmə qərarları › İş №3(5-108)-111/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-111/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-111/2026 10.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Müdafiəçi Ağdaş rayon Vəkil bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Ağdaş rayonunun Yuxarı Nemətabad kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Ağdaş Rayon Məhkəməsinin 16(014)-71/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı "nikahın pozulması, uşağın yanında saxlanılması və aliment" tələbinə dair (iş № 2(014)-1440/2025) mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şəxs 19 noyabr 2025-ci il tarixdən başlayaraq 07 noyabr 2011-ci il təvəllüdlü X5, 29 yanvar 2024-cü il təvəllüdlü X7, 27 aprel 2019-cu il təvəllüdlü X9 və 27 aprel 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməyərək yaranmış 1200 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs Ağdaş Rayon Məhkəməsinin 16(014)-71/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi üzrə iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı "nikahın pozulması, uşağın yanında saxlanılması və aliment" tələbinə dair (iş № 2(014)-1440/2025) mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şəxs 19 noyabr 2025-ci il tarixdən başlayaraq 07 noyabr 2011-ci il təvəllüdlü X5, 29 yanvar 2024-cü il təvəllüdlü X7, 27 aprel 2019-cu il təvəllüdlü X9 və 27 aprel 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində aliment tutularaq Zərərçəkmiş şəxs verilməssi ilə bağlı icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməyərək yaranmış 1200 manat aliment borcunu üzrsüz səbəbdən ödəməmişdir. Borclu borcu ödəməkdən qərəzli şəkildə yayınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, o, uşaqlarına özü baxmaq istəyir, ailəsi onun yanına qayıtsın onlara baxacaq, lakin aliment borcunu heç vaxt ödəməyəcək, ona vaxt verilməsinin də heç bir nəticəsi olmayacaq. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında göstərdi ki, övladı xəstədir, yaranmış borcun tam şəkildə ödənilməsini tələb edir, ödənilmədiyi təqdirdə borclunun həbs olunmasını xahiş edir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-71/2025 saylı 19 noyabr 2025-ci icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Şəxs qarşı "nikahın pozulması, uşağın yanında saxlanılması və aliment" tələbinə dair (iş № 2(014)-1440/2025) mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Şəxs 19 noyabr 2025-ci il tarixdən başlayaraq 07 noyabr 2011-ci il təvəllüdlü X5, 29 yanvar 2024-cü il təvəllüdlü X7, 27 aprel 2019-cu il təvəllüdlü X9 və 27 aprel 2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi ilə bağlı qərardad qəbul olunmuşdur. İş materiallarında olan 02 dekabr 2025-cı il tarixli “İcraata başlama haqqında” qərardan görünür ki, 02 dekabr 2025-cı il tarixdə Ağdaş Rayon Məhkəməsinin 2(014)- 71/2025 saylı 19 noyabr 2025-ci icra vərəqəsi üzrə icraata başlanılmışdır. İş materiallarında olan 02 dekabr 2025-cı il tarixli № e288463/2025-71-7 saylı “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xəbərdarlıqlardan görünür ki, Şəxs 12 dekabr 2025-ci il, 08 yanvar 2026-cı il 21 yanvar 2026-cı ildə borcunu ödəməyi barədə xəbərdarlıqlar edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. O, həmin maddə ilə nəzərdə tutulan inzibati xətanə törətməkdə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə həmin Məcəllənin 32 və 33-cü maddələrində müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh təyin edərkən törədilmiş inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək üzürsüz səbəblərdən çağırışlara gəlməməsini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbs etmənin əvvəli 10 mart 2026-cı il tarixdən saat 17:50-dən hesablanmalıdır. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 3 (üç) iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətə inzibati həbs tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 10 mart 2026-cı il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Ağdaş Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından ("xxxx" ASC-nin Ağdaş filialındakı CİF kodu 1575303, filialın kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar