Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-21/2026 14.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Ağdaş rayonunun Şəkili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, hazırda heç yerdə işləməyən, Ağdaş rayonunun Şəkili kəndində yaşayan və qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 13 yanvar 2026-cı il tarixdə saat 12:55 radələrində “VAZ 21060 MİNİK markalı, 90DL473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinin tələblərini pozmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Ağdaş rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, Şəxs Ağdaş rayonu, Şəkili kəndində “VAZ 21060” MİNİK markalı, 90DL473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən şübhəli hərəkətlər etdiyindən onu saxladaraq sənədlərinin təqdim edilməsi xahiş edilmiş və sənədlər yoxlanılarkən Şəxs məxsus sürücülük hüququnun məhdudlaşdırıldığı müəyyən edilmişdir. Şəxs Ağdaş şəhəri, S.Səlimoğlu küçəsində hərəkətdə olarkən tərəfindən saxlanıldı. Mən sürücü ilə ünsiyyətdə olarkən o, narkotik vasitə təsiri altında idarə etməsi şübhəsi doğurduğu üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Mingəçevir şəhəri Narkoloji Dispanserinə müayinə üçün aparıldı. Müayinə zamanı o, narkotik vasitə olan marixuana istifadə etməsi aşkar olundu. Bunu həkimin №122 nömrəli aktında öz əksini tapır. Bundan sonra qanuni tədbir görülməsi üçün barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Buna görə də Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, Ağdaş rayonu, Şəkili kəndində ailəsi ilə birlikdə yaşayır. Ağdaş şəhərində “VAZ 21060” MİNİK markalı, 90DL473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol patrul xidmətinin əməkdaşları onu saxlayaraq sənədlərini yoxlayarkən sürücülük hüququnun məhdudlaşdırıldığını müəyyən edərək onu polis şöbəsinə gətirmişlər və narkotik vasitədən istifadə etməsinin müəyyən olunması üçün tibbi müayinədən keçirilmiş və narkotik vasitə qəbul etdiyi müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. Barəsində yüngül tənbeh təyin edilməsini xahiş etdi. İşin materiallarında olan 13 yanvar 2026-cı il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 13 yanvar 2026-cı il tarixdə saat 12:55 radələrində “VAZ 21060” MİNİK markalı, 90DL473 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan narkotik vasitədən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. İşin materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi 13 yanvar 2026-cı il tarixli, 122 saylı aktdan görünür ki, Şəxs sidiyində THC (marixuana) aşkar edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 14 yanvar 2026-cı il tarixli, 42 nömrəli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranan narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeyiyyata alınması məsləhət görülür. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsi tərəfindən verilmiş 14 yanvar 2026-cı il tarixli arayışdan görünür ki, Ağdaş rayonu, Şəkili kəndində yaşayan Şəxs sürücülük vəsiqəsinin olub-olmaması DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat sistemində yoxlanılarkən Şəxs adında sürücülük vəsiqəsi olmadığı müəyyən olunmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 334- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 33-cü maddələsində müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati xətanın xarakterini, onun şəxsiyyətini, yəni əməlindən peşman olmamasını, törətdiyi əməli xəta kimi yox adi hal kimi qiymətləndirməsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün təyin edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nın 334-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş “həbs” növündə inzibati tənbeh verilməklə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, İnzibati tənbehin məqsədlərindən bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınmalı, həbsetmənin əvvəli 14 yanvar 2026-cı il tarixdən, saat 19:40-dan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 37ci maddəsinə əsasən narkomaniyadan məcburi müayilə təyin edilməli, Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yerləşdirilməli və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, qərarın icrası məcburi müalicə təyin edilməlidir hissədə Ağdaş rayon İcra və Probasiya şöbəsinə, inzibati həbsə dair hissədə isə Ağdaş rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 14 yanvar 2026-cı il tarixdən saat 19:40-dan hesablansın. Şəxs inzibati həbs başa çatdıqdan sonra narkomaniyadan məcburi müalicə təyin edilsin. Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə yerləşdirilsin və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsi, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Qərarın icrası inzibati həbsə dair hissədə Ağdaş rayon Polis şöbəsinə həvalə edilsi Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-108)-21/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-21/2026
14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver