Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-22/2026 27.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin sahə rəisi X4 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00 radələrində Ağdaş rayon Mürsəl kəndində yaşadığı evin otağında həyat yoldaşı Zərərçəkmiş şəxs ilə arasında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. X3 Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X4 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir, Zərərçəkmiş şəxs onun həyat yoldaşı olmaqla, mütəmadi olaraq spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olur, elə buna görə də əri onunla demək olar ki, danışmır. xx.xx.2025-ci il tarixdə də günorta saatlarında sərxoş vəziyyətdə evə gəlmiş, həmin vaxt evdə oğlu Şahid və gəlini Aysel Məhərrəmova olmuş, o, ərinə heç bir əşya ilə vurmamış, əri Əli özü otaqda olarkən sərxoş vəziyyətdə yıxılmış və başından zədə almışdır. Odur ki, onun barəsində ərinin dedikləri tamamilə yalan olmaqla barəsində başlanmış icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. Münasibətləri yaxşı deyil. xx.xx.2025-ci il tarixdə günorta saatlarında evdə olarkən arvadı onunla mübahisə etmiş və əlindəki döşəmə ağacı ilə onun başından vurmuş, nəticədə o xəsarət almışdır. Həmin vaxtı evdə oğlu Qərib olmuşdur. O da hadisədən sonra otağa gəlib görmüşdür. Həmin vaxtı o, təcili tibbi yardım xidməti də çağırmışdır. Sonda göstərmişdir ki, Şəxs ilə barışmamış, sonuncunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahat verərək Zərərçəkmiş şəxs onun atası olduğunu, atasının mütəmadi spirtli içki qəbul edərək sərxoş halda olduğunu, hətta dəfələrlə 102 xidmətinə və polis şöbəsinə əsassız şikayətlər etdiyini bildirdi. xx.xx.2025-ci il tarixdə isə Ağdaş rayonu Mürsəl kəndində yaşadıqları evdə olarkən atası olan otaqdan səs gəldiyini, həmin vaxt atasının otaqda tək olduğunu, otağa daxil olarkən atasının sərxoş halda olmaqla yerə yıxıldığını və başından xəsarət aldığını bildirdi. Həmçinin göstərdi ki, atası yıxılarkən xəsarəti özü almışdır, anası Marifə qətiyyən atasına vurmamış, ümumiyyətlə anası demək olar ki, əksər vaxtı bacısı ilə başqa evdə yaşayır. İş materiallarına əlavə edilmiş: xx.xx.2026-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Şəxs tərəfindən döyülməsi ilə bağlı Ağdaş rayonu Mürsəl kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə DİN-in 102 xidmətinə müraciəti əsasında Ağdaş RPŞ-də araşdırma aparılmaqla toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati məsuliyyətə cəlb edilməsi üçün materiallar Ağdaş RPŞ-nin İTB-nə göndərilmişdir. xx.xx.2025-ci il tarixli, 634 nömrəli məhkəmə tibb ekspertinin rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində olan xəsarət-sağ təpə nahiyyəsinin sıyrıqdan sonrakı ləkəsi,küt alət təsirindən törənmiş,törənmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir,sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X6 “Respublika Təcili və X2 Mərkəzi” X6 27 yanvar 2026-cı il tarixli 18-1-88/2-446/2026 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində RTTTYM Ağdaş TTTY bölməsi üzrə “103” Çağrı Xidmətinə vətəndaş Zərərçəkmiş şəxs adına müraciəti ilə bağlı Ağdaş Təcilli və X2 Bölməsində heç bir çağırışın olmadığı müəyyən edilmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbindən görünür ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməl (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Başqa sözlə, şəxsin əməlində inzibati xətanın tərkibini təşkil edən 4 (dörd) element-obyekt, obyektiv cəhət, subyektiv cəhət və subyekt olduqda, o, inzibati məsuliyyətə cəlb edilə və inzibati tənbeh tədbirinə məruz qala bilər. İnzibati xəta tərkibinin bu elementlərindən biri yoxdursa, deməli, əməldə inzibati xətanın tərkibi də yoxdur. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin inzibati xətanın obyekti insanın fiziki toxunulmazlığını və onun sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. İnzibati xətanın obyektiv cəhəti döymə və ya sair zorakı hərəkətlərlə fiziki ağrı yetirmədən ibarətdir. Döymə sağlamlığa vurulan zərərin ayrıca, xüsusi bir növünü təşkil etmir. Döymə, dəfələrlə, çoxlu zərbələrin yetirilməsi ilə xarakterizə olunur. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan sair zorakı hərəkətlər dedikdə, zərərçəkmiş şəxsə tək-tək zərbələrin vurulması, onun çimdiklənməsi, qolunun burulması, badalaq verilərək yıxılması, müxtəlif əşyalardan, habelə bitki (məsələn gicitikanlardan, tikanlı bitkilərdən və s.) və heyvanlardan (itdən, arıdan və s.) istifadə etməklə ona qarşı digər ağrıverici hərəkətlər edilməsi başa düşülür. Döymə və ya sair zorakı hərəkətlər yalnız fiziki ağrı verdikdə, göstərilən maddə üzrə məsuliyyət yaranır. Bu inzibati xətanın subyektiv cəhəti həm birbaşa, həm də dolayı qəsddən ibarətdir. Döymə və sair zorakı hərəkətlər törətmənin məqsədi fiziki ağrı yetirməkdən ibarətdir. İşdəki sübutlardan, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və iş üzrə şahidin ifadəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisə olmamış, həmin vaxt o, Zərərçəkmiş şəxs döyməmiş, ona qəsdən fiziki ağrı yetirməmişdir. Məhkəmə iş üzrə məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 634 saylı rəyini Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı mötəbər sübut kimi qəbul etməməklə, həmin rəyin yalnız şəxsin üzərində xəsarət olması hissəsində əsaslı hesab edir. Belə ki, işdəki digər sübutlarla (şahid ifadələri) barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamış, yalnız Zərərçəkmiş şəxs verdiyi məlumat əsasında tibbi rəy verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanının (vəzifələri şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşdəki mötəbər sübutlarla xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs döyməsi öz təsdiqini tapmamış və bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir.Qanuna görə belə sübutları məhkəməyə təqdim etmək vəzifəsi isə bu icraatı başlamış şəxsin üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 106, 110- 118 və 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara alır: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 77 (yetmiş yeddi) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(5-108)-22/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-22/2026
27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver