Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 3(5-108)-32/2026 21.01.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Ağdaş rayonu Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollar üzrə materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müxtəlif vaxtlarda bir neçə inzibati xəta törətdiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmiş, həmin inzibati xəta haqqında protokollar eyni şəxs barəsində tərtib edildiyindən həmin inzibati işlər bir icraatda birləşdiriliməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İş üzrə toplanmış materialları araşdıraraq məhkəmə hesab edir ki, tərtib olunmuş protokollar və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Bu məsələnin baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati iş bu məhkəməyə aiddir. İşin baxılmasını istisna edən hallar, İnzibati xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 106, 109, 114-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Ağdaş rayon Polis şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(5-108)-32/2026 saylı material ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 3(5-108)-31/2026 saylı inzibati işin materialı ilə bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-108)-32/2026
Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №3(5-108)-32/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver