Məhkəmə qərarları › İş №3(5-108)-57/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-57/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-57/2026 05.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1977-cı il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayonu, R.Gözəlov küçəsi-2 ünvanında qeydiyyatda olmaqla, Ağdaş rayonu, Məşəd küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün 05 fevral 2026-cı il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Gəncə şəhər Narkoloji Dispanserin 171 nömrəli rıyinə əsasən narkotik vasitə olan THC(marixuana) istifadə edərək İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tələblərini pozmuşdur.Hal-hazırda narkotik vasitənin təsiri altındadır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətanı göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilir. Himayəsində xəstə ana və atası var. Əməlindən peşmandır.Cərimə növündə cəza verilməsini məhkəmə xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 577/2026-cı il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolu”ndan görünür ki, Şəxs müayinəsi zamanı onda narkotik T.H.C aşkar edildi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, 171 nömrəli rəydən görünür ki, Şəxs psixotrop maddə metamfetamin epizodik istifadə edib.Narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan kannabinioiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - MN ******* saylı “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə,saat 17:40-da inzibati qaydada tutulmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məsuliyyətini ağırlaşdıran hal isə müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını, məcburi müalicəyə ehiyacının olmasını, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edir ki, Aslanov X3 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, yaşadığı ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı, barəsində məcburi müalicə təyin edilməlidir. Aslanov X3 həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə təhvil verilməlidir. Məsrəflər qismində hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabından müdafiəçiyə ödənilməsi üçün Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 04 fevral 2026-cı il tarixdən saat 17:40-dan hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Aslanov X3 həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə təhvil verilsin. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsi, Ağdaş rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabından Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar