Məhkəmə qərarları › İş №3(5-108)-71/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-71/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-71/2026 17.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə 24 fevral 1984-cü ildə Ağdaş rayonu, Qarağan-Saatlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Ağdaş rayonu, Qarağan-Saatlı kəndində yaşayan və həmin ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 11 fevral 2026-cı il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Həşimov X5 Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli və 2(051)-1451/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli icra sənədlərinə əsasən 9533 manat məbləğində aliment borcunu üzrsüz səbəbdən ödəməkdən imtina etmiş, beləliklə icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən 29 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin hər ay Şəxs tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Sözügedən icra sənədi 16 may 2017-ci il tarixdə sabiq icra məmuru Sahib Nağıyevin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş şəxsən təqdim edilmişdir. Bundan başqa, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1451/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 29 iyun 2011-ci il təvəllüdlü Əladəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqadarının dəyişdirilərək, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi 19 sentyabr 2022-ci il tarixdə icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrasına dair Şəxs bildiriş göndərilmişdir. Qeyd olunan icra sənədləri üzrə Şəxs yaranmış aliment borcundan ödənişlər etmədiyindən barəsində axtarış qərarı qəbul edilmiş, yeri müəyyən edilərək Şöbəyə gətirilmiş və izahatı alınmışdır. Olunan xəbərdarlıqlara baxmayaraq, Şəxs aliment borcunu ödəmədiyi üçün müxtəlif tarixlərdə barəsində inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmiş, həmin məkhəmənin qərarlarına əsasən inzibati qaydada həbs olunmuşdur. Şəxs çağırışlara gəlmədiyi üçün 03 fevral 2026-cı il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. Şəxs yeri müəyyən edilərək İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs izahatı alınmış və aliment borcunu az-az ödəyəcəyini bildirmiş, lakin ona verilmiş müddətdə tərəfindən heç bir ödəniş edilməmişdir. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, aliment borcunu az-az ödənişlə etmişdir. Belə ki, Zərərçəkmiş şəxs kart hesabı olmadığından ödənişləri müxtəlif kart hesablarına etmişdir. Təxminən tərəfindən 3000 manat məbləğində aliment ödənilib. Tələb olunan alimentin məbləği protokolda yüksək qeyd olunub. Hazırda aliment borcunu ödəmək iqtidarında deyil, lakin borcunu hissə-hissə ödəyəcəyinə söz verdi. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, anası ilə birlikdə yaşayır. Şəxs aliment borcunu ödəmir, uşağın saxlanılması üçün ona heç bir yardım göstərmir. Dəfələrlə Asimdən aliment borcunu ödəməsini tələb etməsinə baxmayaraq bir neçə dəfə ödəniş etmişdir. Borclu yalan izahat verir. Ona aliment borcunda 3000 manat məbləğində ödəniş edilməmişdir. Şəxs bir neçə dəfə qardaşının kart hesabına aliment borcundan ödəniş etmiş, lakin bu barədə icra məmuruna məlumat verməmişlər. Ona vaxt verilərsə, qardaşının kart hesabından çıxarış edib Şəxs hansı məbləğlərdə ödəniş etdiyini məhkəməyə bildirər. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, Şəxs qızı Zərərçəkmiş şəxs 11 fevral 2026-cı il tarixli protokolda göstərilən iki icra sənədi üzrə 9533 manat aliment borcu yaranmışdır. Şəxs onun oğlunun kartına aliment borcundan bir neçə dəfəyə cəmi 1400 göndərmişdir. Odur ki, Şəxs hazırda aliment borcu 9533 manat deyil 8133 manat təşkil edir. Daha sonra icra məmuru Şaiq Məmmədov tələbi dəqiqləşdirərək bildirdi ki, borclu Şəxs protokolda borcu 9533 manat qeyd olunsa da, sonradan ona təqdim edilmiş çıxarışla müəyyən olunur ki, borclu tərəfindən tələbkarın qardaşının kart hesabına ümumilikdə 1400 manat məbləğində ödəniş edilmiş, hazırda borclu Şəxs hər iki icra vərəqəsi üzrə borcu 8133 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, 29 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin hər ay Şəxs tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 16 may 2017-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1451/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli icra vərəqəsindən görünür ki, qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 29 iyun 2011-ci il təvəllüdlü Əladəm adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqadarının dəyişdirilərək, hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləği həddində müəyyən edilməsi və cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin 19 sentyabr 2022-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişin surətindən görünür ki, həmin tarixdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1451/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli icra vərəqəsinə əsasən icraata başlamaq haqqında qərar qəbul edilmiş və Şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. 04 iyul 2017-ci il, 14 iyul 2017-ci il, 25 yanvar 2021-ci il, 08 aprel 2021-ci il tarixli xəbərdarlıq məktublarının, 03 may 2018-ci il, 22 noyabr 2021-ci il, 10 dekabr 2021-ci il, 26 iyul 2023-cü il tarixli bildirişin surətlərindən görünür ki, X1 qeydiyyatda olduğu ünvana tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Ağdaş rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 29 mart 2018-ci il tarixli, həmin şöbənin icra məmuru X4 03 fevral 2026-cı il tarixli “borclunun axtarılması haqqında” qərarlarının surətlərindən görünür ki, Ağdaş rayonu, Qarağan Saatlı kəndində qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 1(014)-48/2019 nömrəli, 12 iyun 2019-cu il tarixli hökmün surətindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Ağdaş Rayon Məhkəməsinin 3(014)-171/2018 nömrəli, 13 aprel 2018-ci il tarixli qərarının surətindən görünür ki, Həşimov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə, həmin məhkəmənin 3(014)-468/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərarına əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə, həmin məhkəmənin 3(014)-377/2022 nömrəli, 21 iyul 2022ci il tarixli qərarının əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətinə, 3(014)-644/2022 nömrəli, 18 noyabr 2022-ci il tarixli qərarına əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətə, həmin məhkəmənin 3(014)-384/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qərarının əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) ay müddətinə, həmin məhkəmənin 3(014)-616/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qərarının əsasən həmin Məcəllənin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli(hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun və tələbkarın izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə üzərinə qoyulmuş borc öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-878/2017 nömrəli, 06 aprel 2017-ci il tarixli və 2(051)-1451/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli icra sənədlərinin icralarını tam təmin etməmiş, bununla da, Şəxs hər iki icra vərəqəsi üzrə borcu 8133 manat məbləğində təşkil etmişdir. Şəxs icra məmuru tərəfindən edilmiş xəbərdarlıqlara baxmayaraq, yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmışdır. Bununla da, Həşimov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin qənaətinə görə hazırki vəziyyətdə Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan cərimə tənbehinin tətbiq edilməsi ağlabatan deyil. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Şəxs məhkəmə iclası zamanı borcunu tam olaraq ödəməyə maddi imkanının olmadığını bildirdiyindən məhkəmə hesab edir ki, icra sənədi üzrə borcu tam ödəyə bilmədiyi halda Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması nəticə etibarilə məhkəmə qərarının icrasız qalmasına səbəb ola bilər. Odur ki, Şəxs inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmə daha əsaslı hesab edir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və əmlak vəziyyətini nəzərə alaraq, hesab edir ki, Həşimov X8 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində müəyyən müddətə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbs müddətinin əvvəli 17 fevral 2026-cı il tarixdən, saat 16:00-dan hesablanmalıdır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi tələb etdiyinə, lakin müdafiəçiyə haqq ödəməyə maddi imkanının olmadığını bildirdiyinə görə o, hüquqi yardıma görə xidmət haqqı ödəməkdən azad edilməli və onun məhkəmədə müdafiəsi ilə əlaqədar vəkilin xidmət haqqı dövlət büdcəsinin hesabına ödənilməlidir. İş materiallarından görünür ki, Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil tərəfindən məhkəmə icraatı zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsinə 06 iş saatı vaxt sərf edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən müdafiəçinin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının ödənilməsi Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat miqdarında pul vəsaiti vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən məsrəflər haqqında qəbul edilmiş qərar inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarda göstərilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq olunsun. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən, saat 16:00-dan hesablansın. Qərarın icrası Ağdaş rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 66 manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Ağdaş Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar