Məhkəmə qərarları › İş №3(5-108)-72/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-72/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-72/2026 19.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağdaş rayon Polis şöbəsinin X2 polis sahə rəisi X4, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1955-ci ildə Ağdaş rayonu, Tofiqi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsi) 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Ağdaş rayon Polis Şöbəsindən daxil olmuş materiala Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26 dekabr 2025-ci il tarixdə saat 15:00 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “VAZ 2107” markalı avtomobilin yük yerinin qapısını açaraq 02 ədəd The night markalı, içərisində 03 ədəd olmaqla 01 qutu Ko 2020 markalı, içərisində 03 ədəd olmaqla 1 qutu Super top markalı, 2 qutu Warning markalı, 3 qutu Selver craker markalı, 60 ədəd Magical shoots markalı, 3 qutu Petards markalı, 5 ədəd Zenga markalı, içərisində 7 ədəd olmaqla 1 qutu Kings markalı protexniki vasitələrin satışını qanunsuz olaraq həyata keçirməklə İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinin tələbini pozmuşdur. Şəxs barəsində Ağdaş rayon Polis Şöbəsi tərəfindən 10 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və protokola baxılması üçün həmin tarixdə qərar qəbul edilərək aidiyyəti üzrə Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağdaş rayon Polis şöbəsinin X2 polis sahə rəisi X4 bildirdi ki, 26 dekabr 2025-ci il tarixdə saat 15:00 radələrində Ağdaş rayon Polis şöbəsinin əməkdaşı Mehdixan İsmayılov tərəfindən Ağdaş şəhəri, Heydər Əliyev prospektində bir nəfər şəxsin özünə məxsus “VAZ 2107” markalı avtomobilin yük yerinin qapısını açaraq protexniki vasitələrin satışı ilə məşğul olmasına dair icraatına raport daxil olmuşdur. Onlar dərhal həmin əraziyə gedərək video çəkiliş aparılmaqla protexniki vasitələrin satışı ilə məşğul olan şəxsə özlərini təqdim edib, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən protexniki vasitələrin satışı və saxlanılmasının qadağan olduğunu izah etmişlər. Həmin şəxs gəlir əldə etmək məqsədi ilə protexniki vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra onlar avtomobilin yük yerinə baxış keçirmək istədiklərini bildirmişlər və həmin şəxs baxışın keçirilməsinə etiraz etməmişdir. Avtomobilin yük yerinə baxış keçirildikdə oradan aşkar edilmiş protexniki vasitələrin götürülməsinə dair protokol tərtib edilmişdir. Bundan sonra həmin şəxsi Ağdaş rayon Polis şöbəsinə gətirib barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov X3 Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə özünü təqsirli bilərək, izahatında göstərdi ki, nəvələrinə protexniki vasitələr alarkən qazanc əldə etməsi üçün artıq sayda almış və şəxsi avtomobilinin yük yerində satmaq qərarına gəlmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkilişlə ona yaxınlaşaraq protexniki vasitələrin satışının qadağan olunduğu bildirib, avtomobilin yük yerində olan protexniki vasitələri götürərək onu Ağdaş rayon Polis şöbəsinə gətirmişlər. Onun protexniki vasitələrin satışının qadağan olunması barədə məlumatı olmamışdır. Əməlindən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Polis Şöbəsinin X2 polis sahə rəisi tərəfindən Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 26 dekabr 2025-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 dekabr 2025-ci il tarixli, 3-13/G-47/2025 nömrəli göstərişinin icrası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş ictimai Təhlükəsizlik İdarəsinin və Ağdaş rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə tədbirlər nəticəsində Ağdaş rayonu, Tofiqi kəndində qeydiyyatda olan, xx xxxxxx 1955-ci il təvəllüdlü Şəxs 26 dekabr 2025-ci il tarixdə saat 11:20 radələrində Ağdaş şəhəri, Heydər Əliyev prospektində özünə məxsus “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində satdığı 1 neçə ədəd müxtəlif markalı protexniki-partlayıcı məmulatlar aşkar edilərək götürülmüşdür. 26 dekabr 2025-ci il tarixli “baxış keçirilməsi, sənədlərin və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, vətəndaş Şəxs məxsus ağ rəngli, “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən 02 ədəd The night markalı, içərisində 03 ədəd olmaqla 01 qutu Ko 2020 markalı, içərisində 03 ədəd olmaqla 1 qutu Super top markalı, 2 qutu Warning markalı, 3 qutu Selver craker markalı, 60 ədəd Magical shoots markalı, 3 qutu Petards markalı, 5-6 ədəd Zenga markalı, içərisində 7 ədəd olmaqla 1 qutu Kings markalı protexniki vasitələr aşkar edilərək Şəxs götürülmüşdür. 26 dekabr 2025-ci il tarixli “baxış keçirilməsi, sənədlərin və əşyaların götürülməsi”nin gedişatını özündə əks etdirən audio-videodan görünür ki, 26 dekabr 2025-ci il tarixdə Ağdaş rayon Polis şöbəsinin X2 polis sahə rəisi X1 şəhəri, Heydər Əliyev prospektində ağ rəngli, “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində protexniki vasitələrin satışı ilə məşçğul olan Şəxs yaxınlaşaraq özünü təqdim edərək, İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən protexniki vasitələrin satışı və saxlanılmasının qadağan olduğunu izah etmişdirr. Həmin şəxs gəlir əldə etmək məqsədi ilə protexniki vasitələrin satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən protexniki vasitələr protokol tərtib olunub aktlaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi Yevlax RQİ və TBŞ tərəfindən verilmiş AD № 191549 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Sedan tipli, “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdaş rayonu, Tofiqi kənd sakini Şəxs mülkiyyətindədir. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında Azərbaycan Respublikasının Qanunu ilə (9-cu bənd) partlayıcı maddələr və qurğular, tez alışan maddələr və protexniki məmulatlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların sırasına aid edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs tərəfindən 26 dekabr 2025-ci il tarixdə Ağdaş şəhəri, Heydər Əliyev prospektində istehsalı və ya satılması qadağan olunmuş protexniki vasitələrin qeyri-qanuni olaraq satışını həyata keçirməsi aşkar edilmişdir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmiş, Şəxs qeyd olunan inzibati xətanı törətdiyini etiraf etmişdir. Eyni zamanda videoçəkiliş vasitəsi ilə aşkar olunmuş protexniki vasitələr Şəxs iştirakı ilə protokol tərtib olunaraq götürülmüşdür. İnzibati Xətalar Məcəlləsinin 26.1 və 26.2-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin xüsusi mülkiyyətində olan, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda həmin predmetin məcburi qaydada və ödənişsiz dövlətin mülkiyyətinə keçməsindən ibarətdir. İnzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi onun etirafı ilə yanaşı iş materialları ilə tam sübuta yetirilir, Şəxs əməli düzgün olaraq İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, iş materiallarına istinad edib əməlindən səmimi peşman olmasını İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutula məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, inzibati xətanın xarakterini inzibati xəta törədənin şəxsiyyətini və məsuliyyəti yüngülləşdirən halları, eləcə də onun ahıl yaşda olmasını nəzərə alaraq hesab edir ki, Məmmədov X3 Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinib barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, inzibati xətanın bilavasitə obyekti olmuş 02 ədəd The night markalı, içərisində 03 ədəd olmaqla 01 qutu Ko 2020 markalı, içərisində 03 ədəd olmaqla 1 qutu Super top markalı, 2 qutu Warning markalı, 3 qutu Selver craker markalı, 60 ədəd Magical shoots markalı, 3 qutu Petards markalı, 5-6 ədəd Zenga markalı, içərisində 7 ədəd olmaqla 1 qutu Kings markalı protexniki vasitələr müsadirə edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərar qanuni qüvvəyə mindikdən sonra Ağdaş rayon Polis Şöbəsində saxlanılan və inzibati xətanın bilavasitə obyekti olmuş 02 ədəd The night markalı, içərisində 03 ədəd olmaqla 01 qutu Ko 2020 markalı, içərisində 03 ədəd olmaqla 1 qutu Super top markalı, 2 qutu Warning markalı, 3 qutu Selver craker markalı, 60 ədəd Magical shoots markalı, 3 qutu Petards markalı, 5-6 ədəd Zenga markalı, içərisində 7 ədəd olmaqla 1 qutu Kings markalı protexniki vasitələr müsadirə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Məhəmməd Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar