Məhkəmə qərarları › İş №3(5-108)-78/2026

Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-78/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-78/2026 16.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1982-cı il tarixdə Ağdaş rayonu, Orta Ləki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağdaş rayonu, Orta Ləki kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş rayon Polis Şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-cı il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Ağdaş Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 22:00 radələrində Hava nəqliyyatında Pİ-dən Ağdaş rayonuna gətirilən zaman polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış həmçinin Ağdaş şəhər,M.İsayev küçəsində polis şöbəsinin inzibati binasının qarşısında polisin “sakit ol,sakitləş” qanuni tələbinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahat verərək Şəxs barəsində tərtib etdiyi protokolda onun yol verdiyi xətaları göstərdiyini və buna görə də inzibati məsuliyyətə cəlb edilməli olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahat verərək özünü qeyd edilən inzibati xəta ilə bağlı təqsirli bildiyini, 8 ildən sonra ilk dəfəxx.xx.2026-cı il tarixdə Azərbaycana qayıdan zamanı Bakı X4 polis əməkdaşları tərəfindən saxlanılaraq Ağdaş rayon Polis şöbəsinə gətirilərkən Polis Şöbəsinin qarşısında avtomobildən düşəndə şöbəyə getmək istəmədiyi üçün polisə müqavimət göstərdiyini, lakin əməlindən peşman olduğunu bildirdi. Məhkəmə iclasında Şahid1 şahid qismində verdiyi izahatında bildirmişdir ki, Ağdaş rayon Orta Ləki kənd sakini Şəxs olduğu yeri müəyyən edilib dindirilməsi üçün Ağdaş rayon prokrorluğuna gətirilməsi ilə bağlı məlumat daxil olmuşdur.xx.xx.2026-cı il tarixdə X6 İdarəsindən Ağdaş rayon Polis Şöbəsinə daxil olmuş məlumata əsasən Şəxs H.Əliyev adına X4 saxlanılmışdır.Bununla əlaqədar polis baş serjantı Şahid2 ilə birlikdə Şəxs gətirmək üçün Bakı şəhərinə ezam olunaraqxx.xx.2026-cı il tarixdə saat 22:00 radələrində X6 İdarəsindən Şəxs götürərək Ağdaş rayonuna gətirmək üçün avtomobilə əyləşdirmişlər.Şəxs yol boyu səs-küy salmış,nalayiq ifadələr işlətmiş,onların “sakit ol, sakitləş” qanuni tələblərinə qəsdən tabe olmayaraq əl-qol həəkələri ilə müqavimət göstərib tabesizlik etmişdir.xx.xx.2026-cı il tarixdə saat 02:00 radələrində Ağdaş rayon Polis Şöbəsinin inzibati binasının qarşısında avtomobildən düşərkən Şəxs Polis Şöbəsinə getmək istəmədiyini və izahat verməyəcəyini söyləyərək,öz qanunsuz əməllərini davam etmişdir. Buna görə də Şəxs gətirərək RPŞ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 izahatı ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarına əlavə olunmuş “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 02:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi özünün etirafedici izahatı, şahidlərin izahatları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən hal səmimi peşmançılığıdır,məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Həmidov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyası çərçivəsində inzibati həbs tənbeh növü tətbiq edilməli, cəzasının əvvəli inzibati qaydada tutulduğu vaxtdan hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdən saat 02:15-dən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 33 (otuz üç) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili Vəkil ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar