Azərbaycan Respublikası adından QƏRAR Ağdaş rayonu İş № 3(5-108)-88/2026 17.02.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati icraat aparılan şəxs Şəxs və onun hüquqlarını müdafiə edən Ağdaş rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə xx.xx.1982-ci il tarixdə Ağdaş rayonunun Aral Bir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, Ağdaş rayonu, Aral Bir kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağdaş Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Ağdaş Rayon İcra və Probasiya şöbəsində tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2026-ci il tarixdə Ağdaş rayon Məhkəməsinə göndərilmişdir. Ağdaş Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağdaş rayon Məhkəməsinin e-16(014)-32/2025 saylı,xx.xx.2025-ci il tarixli icra vərəqəsi, Ağdaş rayon Məhkəməsinin 2(014)-1537/2025 saylı,xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borclu Şəxs yaranmış 2316 manat aliment borcu Zərərçəkmiş şəxs üzrsüz səbəbdən ödəmir, icra məmurunun qanuni tələbini yerinə yetirmir. Nəticədə Şahbazov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X5 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya dəfələrlə bildiriş verilmiş, xəbərdarlıq edilmiş, lakin borclu sənədi icra etməmişdir. Onun gətirdiyi əsaslar üzrsüz hesab edilmişdir. Odur ki, protokol üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında alimenti ödəməyə ikmanı olmadığını,heç bir yerdə işləmədiyini, yaxın vaxtlarda da ödəyə bilməyəcəyini göstərdi. Məhkəmə iclasında müdafiəçi çıxış edərək, Şəxs yüngül növbə inzibati tənbeh verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Ağdaş Rayon Məhkəməsinin e-2(014)-1537/2025 saylı, 26 avqust 2025-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3,xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla,hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,29 (sıfır tam yüzdə iyirmi doqquz) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Aliment ödənişlərinin hesablanması zamanı Ağdaş rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 16(014)-32/2025 nömrəli qərardadı üzrə ödənilmiş aliment nəzərə alınmalıdır. “İcraata başlamaq haqqında” qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin e- 2(014)-1537/2025 saylı icra vərəqəsi üzrə xx.xx.2025-ci il tarixdə icraat başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcluya icra sənədində göstərilən tələbin könüllü icra etməli olduğu bildirilmiş, tələbi icra etmədikdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, alimenti imkanı olanda ödəyə biləcəyini göstərmişdir. xx.xx.2025-ci il tarixli “borclunun axtarılması haqqında” qərardan görünür ki, Ağdaş Rayon Məhkəməsinin e-16(014)-32/2025 saylı və e-2(014)-1537/2025 saylı icra sənədinə əsasən icra tədbirləri nəticəsində icra sənədi üzrə borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Ağdaş rayon Polis Şöbəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Şəxs tapılaraq Ağdaş Rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İnzibati Xətalar Məcəlləsinin) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq onun tərəfindən yaranmış borcu ödəməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şahbazov X7 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı vəkilin ödənişi dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Ağdaş rayon Polis Şöbəsinə həvalə olunsun. Şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı 44 (qırx dörd) manat miqdarında pul vəsaiti Ağdaş rayon Vəkil Bürosunun vəkili X8 ödənilməsi üçün (Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 4393422, müxbir hesabı AZ03NABZ**********0000002944, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ50İBAZ********************, VÖEN ********** saylı) Ağdaş rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fidan Ələkbərova
Məhkəmə qərarları › İş №3(5-108)-88/2026
Ağdaş Rayon Məhkəməsi Qərar — İş №3(5-108)-88/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver