Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-134/2026 21.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şikayət vermiş şəxs X2, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağstafa RPŞ-nın İTB-nin sahəsi rəisi polis kapitanı X9 iştirakı ilə, xx.xx.1961-ci ildə Qazax rayonu, Köçəsgər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, Köçəsgər kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 157-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa RPŞ-dən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Köçəsgər kəndində həmkəndlisi X3 döymüşdür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Ağstafa rayonu, Köçəsgər kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin kənd təsərrüfatı ilə məşğul olub ailəmi dolandırır. X4 onun həmkəndlisidir. Əvvəllər aralarında dava-dalaş olmamışdır. xx.xx.2025-ci il tarixdə təxminən saat 08 radələrində kənddə yerləşən X10 ərzaq mağazasının içərisində dayanıb Zaur ilə söhbət edərkən Səlahəddin mağazaya gəlmiş heç bir səbəb olmadan ona söyüş söymüş və kənddəki suyun ancaq onun torpaq sahəsinə axdığını və suvardığını demişdir. Şəxs isə yalnız bir gündür ki, torpaq sahəsini suvardığını demişdir. Yaranmış mübahisə zamanı Səlahəddin onun baş və çiyin nahiyyələrinə yumruqlar vuraraq döymüşdür. Bundan sonra mağazadan çıxıb "Vaz 2106" markalı avtomobil tərəfə gedib avtomobildən bel (lapatka) götürmüş və bel ilə Səlahəddini vurmaq istəyəndə bel ona dəyməmiş və yerə dəyib sınmışdır. Bu zaman Səlahəddin beli alıb onun baş nahiyyəsinə bel ilə bir neçə dəfə zərbələr vurmuşdur. Bununla bağlı o, Ağstafa RPŞ-yə gələrək müraciət etmişdir. Hazırda zərərçəkmişlə barışmış və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən X5 izahatında bildirdi ki, Şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında dava-dalaş olmamışdır. O, kənd mağazasında Şəxs görmüş, kənddəki suyun ancaq onun torpaq sahəsinə axdığını və suvardığını demiş və bu səbəbdən mübahisə yaranmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Ağstafa RPŞ-nın İTBnin sahəsi rəisi polis kapitanı X12 bildirdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı Ağstafa rayonu, Köçəsgər kəndində həmkəndlisi X3 döymüşdür. Bununla bağlı Ağstafa RPŞ-nə məlumat daxil olmuşdur. Barələrində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hazırki inzibati xəta materialı üzrə aşağıdakıları qeyd edir. Məhkəməyə təqdim olunmuş materiallardan müəyyən olunur ki, X1 rayonu, Köçəsgər kəndində yaşayır. Şəxs X5 yaşadıqları kənddə aralarında olan mübahisə zamanı onu döymüşdür. Həmin hadisədən sonra X1 Rayon Polis şöbəsinə müraciət edərək həmin tarixdə Şəxs yaşadıqları kənddə onu döyməsi barədə ərizə vermişdir. Polis şöbəsində aparılmış araşdırma zamanı X5 ekspertizadan keçirilmiş, X2 tibbi müayinə zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət kimi qeyd edilmişdir. Toplanmış material üzrə əməldə cinayət hadisəsi olmadığından xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Ağstafa RPŞ-nin İTB-nə göndərilmiş, xx.xx.2025-ci il tarixdə inzibati xəta iş üzrə icraatın başlanması və araşdırma aparılması haqqında qərardad qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur Şəxs tərəfindən İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs ilə zərərçəkmiş şəxsin barışığı qanuna zidd olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış icraata xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 114.2.1, 115, 117, 141.3 157-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-109)-134/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-134/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver