Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-135/2026 05.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, xx.xx.2000-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa Rayon Polis Şöbəsindən daxil olmuş açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası DİN-nin Ağstafa Rayon Polis Şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağstafa-Qazax avtomobil yolunun Ağstafa rayonu Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq qarşı hərəkət zolağına çıxaraq həmin vaxt qarşı hərəkət zolağı ilə ona əks tərəfdən hərəkətdə olan olan X1 idarə etdiyi “KİA” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtombilin ön tərəfindən vurmuş, nəticədə sonuncu avtomobilin sürücüsü yüngül dərəcəli bədən xəsarəti almış, digər sərnişinlər X2 və X4 dərəcəsi təyin edilməyən xəsarətlər almışlar. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında barəsində inzibati icraat aparılan Şəxs protokolu tərtib etmiş Azərbaycan Respublikası Daxili İşlər Ağstafa RPŞ-nin nümayəndəsinə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət daxil olmamış və ya belə vəsatət rədd edilməmişdir. Ona görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Şəxs idarə etdiyi “Mercedes Benz” markalı **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Ağstafa-Qazax avtompbil yolunun Ağstafa rayonunun Dağ Kəsəmən kəndi ərazisindən keçəm hissəsində hərəkətdə olan zaman manevr etmə qaydasını pozaraq qarşı hərəkət zolağına çıxaraq həmin vaxt qarşı hərəkət zolağı ilə ona əks tərəfdən hərəkətdə olan olan X1 idarə etdiyi “KİA” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtombilin ön tərəfindən vurmuş, nəticədə sonuncu avtomobilin sürücüsü yüngül dərəcəli bədən xəsarəti almış, digər sərnişinlər X2 və X4 dərəcəsi təyin edilməyən xəsarətlər almışlar. Toplanmış material üzrə Şəxs barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri görülməsi üçün qərar Ağstafa RPŞ-nin DYPB-nə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Beləliklə, Şəxs tərəfindən İXM-nin 327.8-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi cinayət təqibinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, xətanı törədən şəxsin ailə vəziyyətini, onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirməklə həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 327.1 və 327.8-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılsın. Qərarın icrası Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-109)-135/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-135/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver