Məhkəmə qərarları › İş №3(5-109)-2/2026

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(5-109)-2/2026

07.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(5-109)-2/2026 07.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi ilə, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi ilə, xx.xx.2000-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq, məhkəmə Müəyyən etdim: X2 Azərbaycan Respulikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə şikayət ərizəsi məhkəməyə daxil olmuşdur Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materialında olan ərizəyə nəzər yetirərkən məlum olur ki, xx.xx.2025-ci il tarixli qərar ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. İş materiallarından görünür ki, X1 şikayət ərizəsi düzgün tərtib olunmamışdır. Belə ki, N.Mehtiyev barəsində qəbul edilmiş qərardan deyil, protokoldan şikayət vermiş, şikayət və ona əlavə edilmiş sənədlər natamamdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci və 127-4.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Buna görə də hesab edir ki, inzibati xəta haqqında iş üzrə protokoldan X2 tərəfindən verilmiş şikayət qeyd olunan nöqsanlar aradan qaldırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-136-cı maddələrini rəhbər tutaraq, Qərara aldım: X2 tərəfindən xx.xx.2025-ci il tarixli protokoldan verilmiş şikayət geri qaytarılsın. X2 qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmə hüququ izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar