Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-217/2026 23.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələsgər oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağstafa şəhəri, Soyuqbulaq qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhərində yaşayan Şəxs Ələsgər oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa Rayon Məhkəməsinin 2(015)-426/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində aliment iddiaçı X2 ödənilməsi və Ağstafa Rayon Məhkəməsinin 2(015)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, iddiaçı X1 xeyrinə sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,400 misli həddində olmaqla, ümumilikdə 1,2 misli həddində sabit pul məbləğində aliment ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş və xx.xx.2026-cı il tarixli Ağstafa rayonu İcra və Probasiya şöbəsini bir neçə icra sənədlərinin ümumi icraatda birləşdirilmə haqqında qərarına əsasən icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Buna görə də, Şəxs Ələsgər oğlu barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələsgər oğlu özünü təqsirli bilərək izahatında bildirdi ki, daimi iş yeri olmadığı üçün həmin borcları tam şəkildə ödəyə bilmədiyini qeyd etmişdir. O, əməliyyat olunduğu üçün 6 ay işləyə bilməmiş borcundan ödəniş edə bilməmişdir. Son 3 ayda 100 manat ödəyə bilmişdir. Hazırda qısa müddətdir ki, işlə təmin olunmuşdur. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən Şəxs Ələsgər oğluna təyin olunmuş Ağstafa Rayon Məhkəməsinin 2(015)-426/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində aliment iddiaçı X2 ödənilməsi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,400 misli həddində olmaqla, ümumilikdə 1,2 misli həddində sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmuşdur. Hazırda Şəxs 3500 manat məbləğdə borcu yaranmışdır. Müəyyən olunduğu kimi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-426/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 15 mart 2021-ci il tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs qazancının (başqa gəlirlərinin) ikidə bir hissəsində aliment iddiaçı X2 ödənilməsi, Ağstafa Rayon Məhkəməsinin 2(015)-882/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli 2(015)-426/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin ödəmə üsulu dəyişdirilərək, sonrakı artımları nəzərə alınmaqla, hər ay hər bir uşağa ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,400 misli həddində olmaqla, ümumilikdə 1,2 misli həddində sabit pul məbləğində aliment iddiaçı X1 xeyrinə tutulmuşdur. Nəzərə alınmalıdır ki, Şəxs alimentdən yaranan borcu 3500 manat təşkil edir. Şəxs maddi imkanının zəif olmasını və ona görə də alimenti ödəyə bilmədiyini bildirmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs Ələsgər oğlu tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Ələsgər oğlu İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs Ələsgər oğluna qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Ələsgər oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 23 yanvar 2026-cı il tarixə, saat 17:35-dən hesablansın. Şəxs Ələsgər oğlu həmin müddətdə Ağstafa rayon X8 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-109)-217/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-217/2026
23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver