Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-219/2026 26.01.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş Həsənzadə (Yolçiyeva) Savad Kamandar qızının iştirakı ilə, xx.xx.1987-ci ildə Qazax rayonu, Kolair kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağstafa rayonu, N saylı hərbi hissədə qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-650/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi barədə icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, aylı alimenti imkan olduqca normal ödəmişdir. Lakin uzun müddət işləmədiyi üçün aliment borcu yığılmışdır. Hazırda həmin borcu ödəyə bilmədiyini, lakin hissə-hissə bundan sonra ödəyəcəkdir. Ona görə də qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş Həsənzadə (Yolçiyeva) Savad Kamandar qızı bildirdi ki, Şəxs işsiz olduğunu bildirsə də, həmin müddətdə fərdi əməklə, yəni sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Onun mütəmadi gəlir yeri olsa da Şəxs aliment borcunu uzun müddət ödəməmiş və onun 4750 manat ödənilməmiş aliment borcu mövcuddur. Ödədiyi aylarda isə bəzən az, bəzən normal ödənişlər etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-650/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qərara alınmışdır. Hazırda Şəxs 4740 manat məbləğdə borcu yaranmışdır. Müəyyən olunduğu kimi, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 16(009)-20/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ərizə təmin edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatında olan 2(009)-650/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Şəxs hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsi qərara alımışdır. Nəzərə alınmalıdır ki, Şəxs yaranan borcu 4740 manat təşkil edir. Şəxs uzun müddət işləmədiyi üçün aliment borcunu ödəyə bilmədiyini, maddi imkanı olmadığı üçün az-az ödəniş etdiyini, bundan sonra hissə-hissə olmaqla ödəyəcəyini bildirmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, zərərçəkmiş şəxsin, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 10 (on) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 26 yanvar 2026-cı il tarixdən, saat 16:30-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X6 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova
Məhkəmə qərarları › İş №3(5-109)-219/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-219/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver