Məhkəmə qərarları › İş №3(5-109)-267/2026

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №3(5-109)-267/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № 3(5-109)-267/2026 12.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Qərarlardan şikayət vermiş şəxs X1, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan vermiş olduğu şikayət ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən qərarlardan şikayət vermiş şəxs X2 ərizə təqdim edib şikayət ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, verilmiş şikayət baxılmadan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, qərarlardan şikayət vermiş şəxs X2 ərizə təqdim edib şikayət ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etdiyindən hazırki şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 109, 128, 133-cü maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul olunmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan vermiş olduğu şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar