Məhkəmə qərarları › İş №3(5-109)-306/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-306/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-306/2026 13.02.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X17 İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru X4 iştirakı ilə, xx.xx.1989-cu ildə Qazax rayonu Dağkəsəmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, orta təhsilli, Ağstafa rayonu Dağkəsəmən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 13 fevral 2026-cı il tarixdə Ağstafa rayon icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN seriyalı ******* nömrəli, 13 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, borclu Bayramov X9 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömərli qərardadı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 nömrəli qətnaməsi üzrə yaranmış 3510 manat məbləğində borcunu ödəməkdən qəsdən yayınmışdır. Beləliklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömrəli qərardadına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 nömrəli qətnaməsi ilə Şəxs hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək , Şəxs xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməsi qərara alınmışdır. Borclu Şəxs müvafiq imzalarını çəkməklə həmin icra sənədləri üzrə icraata başlama haqqında qərarlarla və “tələbin könüllü icrası barədə bildirişlərlə” tanış olmuş və qəbul etmişdir. Borclu Şəxs qeyd edilən məhkəmə aktları ilə bağlı verilmiş icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmiş, bu səbəbdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Ağstafa Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol üzrə iş materiallarına əlavə edilmiş Ağstafa rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli, 03 saylı arayışından müəyyən olunmuşdur ki, Şəxs hazırda 3510 (üç min beş yüz on) manat məbləğində aliment borcu vardır. “Elektron İcra” İnformasiya sistemindən görünür ki, borclu Şəxs adına heç bir əmlak və gəlir aşkar olunmamışdır. Bugünkü tarixdə borclu Şəxs Ağstafa rayon icra və probasiya şöbəsinə gətirilmiş və iş üzrə izahatı alınmışdır. O, izahatında məhkəmə aktlarından xəbərdar olduğunu, aliment borcundan daima ödəniş etdiyini və aliment ödənişini etmədiyi təqdirdə qanunvericiliklə müəyyən olunmuş qaydada barəsində inzibati və cinayət məsuliyyətinin yaranacağından məlumatlı olduğunu qeyd etmişdir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru X4, böyük icra məmuru X7 və Şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli aktdan məlum olmuşdur ki, borclunun yaşayış ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Məhkəmə iclasında iştirak edən və inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edib göstərdi ki, Şəxs barəsində Sabirabad Rayon Məhkəməsinin 2(056)-123/2015 nömrəli, xx.xx.2015-ci il tarixli və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömrəli qərardadı üzrə icra sənədləri icraatına daxil olduqdan sonra Şəxs yaşadığı ünvana bildirişlər göndərilmiş, lakin icra sənədləri icra edilməmişdir. İnzibati xəta haqqında iş üzrə protokol baxılması üçün məhkəmənin icraatına daxil olduqdan sonra məhkəmə baxışı zamanı borclu Şəxs icra sənədləri üzrə 3510 (üç min beş yüz on) manat olan aliment borcundan 1000 (bir min) manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, borcu ödəməkdən qəsdən yayınmamışdır. Belə ki, o, üç il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi ilə bağlı cəzaçəkmə müəssisəsində olsa da, həmin müddət ərzində aliment ödənişləri onun anası tərəfindən həyata keçirilmiş, lakin ödəniş qəbzləri yararsız hala düşdüyü üçün maddi sübut kimi göstərə bilməmişdir. Bundan əlavə səhhətində yaranan problemlərdən dolayı cərrahi əməliyyat olunduğunu və əmək qabiliyyətini itirməsinə baxmayaraq alimenti aylıq 100(yüz) manat məbləğində ödəmişdir. Hazırda icra sənədləri üzrə 3510 (üç min beş yüz on) manat olan aliment borcundan iş üzrə məhkəmə baxışı zamanı 1000 (bir min) manat ödəniş etmişdir. İcra sənədinin icrasından yayınmır, icra məmurunun tələblərini də yerinə yetirməyə çalışır. Onun hazırda heç bir gəliri yoxdur, ona görə də borcların ödənilməsində çətinlik çəkir. Qeyd olunanları nəzərə alaraq, izahatında göstərilən halların işə baxılarkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 saylı qərardadına əsasən Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)- 123/2015 nömrəli qətnaməsi ilə Şəxs hər ay tutulması qət edilmiş 100 manat sabit pul məbləğində aliment indeksasiya edilərək, Şəxs xx.xx.2025-ci il tarixindən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,95 misli miqdarında sabit pul məbləğində alimentin tutularaq X5 ödənilməlidir; Ağstafa rayon icra və probasiya şöbəsinin xx.xx.2015-ci və xx.xx.2025-ci il tarixli tarixli “İcraata başlamaq haqqında” qərarların surətindən və eyni tarixli 698/2015 və 5286/2026-57-3 nömrəli bildirişlərin surətindən görünür ki, borclu X2 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömərli qərardadı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(056)-123/2015 nömrəli qətnaməsi üzrə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir; Ağstafa rayon icra və probasiya şöbəsinin icra məmuru X4, böyük icra məmuru X7 və Şəxs iştirakı ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli aktdan məlum olmuşdur ki, borclunun yaşayış ünvanına baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır; "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli, **********2 nömrəli qəbzdən görünür ki, Şəxs tərəfindən X1 hesabına 1000 (bir min) manat vəsait köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud olmadığı qənaətinə gəlir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Məhkəmə iclası zamanı müəyyən edilir ki, icra sənədləri üzrə borclu üzərinə düşən öhdəliyini ödəyir. Belə ki, icra məmurunun izahatından göründüyü kimi borclu bugün icra sənədi üzrə 1000 (bir min) manat ödəniş etmişdir. Yəni, Şəxs müəyyən olunmuş borclarının ödənilməsi üçün səy göstərir. Bütün qeyd edilənlər isə borclu Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməməsini təsdiq edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə, məhkəmə iclasında borclu Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömərli qərardadı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(056)-123/2015 nömrəli qətnaməsi üzrə icra sənədlərinin icra edilməsi ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsinə yönələn hərəkətlərin edilməsi müəyyən edilməmişdir. Bu isə onun tərəfindən İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın tördilməsini istisna edir. Buna görə də, məhkəmə borclu barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini qanuni və əsaslı hesab edir. İXM-in: 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu X8 əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur və bu səbəbdən tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(056)-210/2025 nömərli qərardadı və Sabirabad Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli, 2(056)-123/2015 nömrəli qətnaməsi üzrə icra sənədlərinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən İXM-in 40, 43, 114-115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar