Məhkəmə qərarları › İş №3(5-109)-343/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-343/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-343/2026 10.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Heyran Mehman qızının sədrliyi, Məhkəmə iclas katibi Əlizadə Ləman Üzeyir qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun vəkili X3, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Ağstafa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Ağstafa rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 930,63 (doqquz yüz otuz manat altmış üç qəpik) manat və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 24.072,70 manat iddiaçı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli ica sənədinə əsasən 136,52 manat "xxxx" MMC-nin, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə 857 manat Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə tutulmuşdur. Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri Ağstafa rayon icra və probasiya şöbəsinin xx.xx.2026-cı il qərarı ilə ümumi icraatda birləşdirilmişdir. Şəxs həmin icra sənədləri üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də, Şəxs barəsində Ağstafa rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, o, hal-hazırda Bakı şəhərində işləyir və orada yaşayır. Onun Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025ci il tarixli və Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borcu qalmamışdır. Həmin icra sənədləri üzrə tələbkarlara olan borcu tamamilə bağlanmışdır. Digər icra sənədləri üzrə isə tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə müəyyən ödənişlər etmiş, qalan tutulmalı məbləğ üzrə əmək haqqından 50 faiz tələbkara ödənişlər edilir. Hal-hazırda da tələbkar Zərərçəkmiş şəxs1 ASC-yə olan borcundan 1000 manat ödəniş edir. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Ağstafa rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 ifadəsində göstərdi ki, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borcu qalmamışdır. Həmin icra sənədləri üzrə tələbkarlara olan borcu tamamilə bağlanmışdır. Digər icra sənədləri üzrə isə tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə müəyyən ödənişlər etmiş, qalan tutulmalı məbləğ üzrə əmək haqqından 50 faiz tələbkara ödənişlər edilir. Ona görə də, qeyd etdiklərini nəzərə alıb Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Zərərçəkmiş şəxslər məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə İXMnin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Müəyyən olunduğu kimi, borclu Şəxs Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 930,63 (doqquz yüz otuz manat altmış üç qəpik) manat və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 24.072,70 manat iddiaçı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli ica sənədinə əsasən 136,52 manat "xxxx" MMC-nin, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə 857 manat Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə tutulmuşdur. Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borcu qalmamışdır. Həmin icra sənədləri üzrə tələbkarlara olan borcu tamamilə bağlanmışdır. Digər icra sənədləri üzrə isə tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə müəyyən ödənişlər etmiş, qalan tutulmalı məbləğ üzrə əmək haqqından 50 faiz tələbkara ödənişlər edilir. Borclunun Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə onun əmək haqqının yarısı tələbkar Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə tutulur. Eyni zamanda qeyd edilən icra sənədləri üzrə əlavə ödənişlər də etmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Hazırki vəziyyətdə Şəxs icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməsi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin uzun müddətə icra edilməsi yalnız məsuliyyətdən yayınmaq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İXM-nin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi, borclu Şəxs Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 930,63 (doqquz yüz otuz manat altmış üç qəpik) manat və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu 24.072,70 manat iddiaçı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli ica sənədinə əsasən 136,52 manat "xxxx" MMC-nin, Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə 857 manat Zərərçəkmiş şəxs3 MMC-nin xeyrinə tutulmuşdur. Ağstafa Rayonu Notariat Kontorunun 8İ-2624 nömrəli, xx.xx.2025-ci il tarixli və Ağstafa Rayonu Notariat Kontorunun 8İ-6826 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədləri üzrə borcu qalmamışdır. Həmin icra sənədləri üzrə tələbkarlara olan borcu tamamilə bağlanmışdır. Digər icra sənədləri üzrə isə tələbkar Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə müəyyən ödənişlər etmiş, qalan tutulmalı məbləğ üzrə əmək haqqından 50 faiz tələbkara ödənişlər edilir. Borclunun Ağstafa Rayonu Notariat Kontorunun 8İ-3543 nömrəli, xx.xx.2023-cü il tarixli və Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1370/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri üzrə onun əmək haqqının yarısı tələbkar Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin (ASC) xeyrinə tutulur. Lakin Şəxs əmək haqqı, qalan borc və tutulan məbləğə nəzərə yetirdikdə məhkəmə qətnaməsinin icra müddətinin lüzumsuz şəkildə uzadılması və Şəxs inzibati məsuliyyətdən yayınması kimi başa düşülməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün, icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən Şəxs ilk dəfə olaraq inzibati xəta törətməsini, borclu olduğu icra sənədlərinin icrasından yayınmamasını, bir sıra icra sənədləri üzrə tələbkarlara olan borcu tamamilə bağladığını, əmək haqqından icra sənədləri üzrə mütəmadi ödənişlərin aparılmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə almaqla hesab edir ki, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə Şəxs tətbiq ediləcək inzibati tənbehə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların mövcudluğunu və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada cərimə tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528.1-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Heyran Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar