Azərbaycan Respublikası adından QƏRAR Ağstafa rayonu İş № 3(5-109)-371/2026 13.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X10 İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X3 iştirakı ilə, xx.xx.1985-ci ildə Qazax rayonunun Oraq- Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağstafa rayonunun Qaçaq Kərəm kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsindən material daxil olmuşdur. Məhkəməyə daxil olmuş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-181/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən 05 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 07 mart 2018-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi barədə icra sənədi üzrə borcunu icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən inzibati xəta törətmiş Şəxs özünü təqsirli bilərək izahatında bildirdi ki, o, işləmədiyindən borcunu ödəyə bilməmişdir. Barəsində aliment ödənilməsi ilə bağlı borclu olduğu qətnamədən məlumatlı olsa da o, uzun müddət ərzində Rusiya Federasiyasında olmuş, orda olarkən az da olsa aliment ödənişindən etmiş, lakin həmin ödənişi etməsi ilə bağlı təsdiqedici sənəd yoxdur. Qeyd etdi ki, Rusiya Fedrasiyasından 2024-cü ildə gəlmiş, buna baxmayaraq bu vaxtadək hər hansı bir ödəniş etməmiş, həmçinin bununla bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində 10 gün müddətinə inzibati qaydada həbs tətbiq edilmişdir. Hazırda da ödəniş edə bilmir. İşlədiyi halda borcunu ödəyəcəkdir. Ona görə də qeyd etdiklərini nəzərə alınmasını xahiş etdi. Tələbkar məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4 protokolu müdafiə edib göstərdi ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Şəxs borcunu tələbkara ödəməmiş və onun aliment üzrə 13610 manat borcu yaranmışdır. O, borcun ödənilməsi ilə bağlı Ağstafa rayon icra və probasiya şöbəsinə dəvət olunsa da dövlətin adından çıxarılan qətanamənin icrası ilə bağlı aliment ödənişi həyata keçirməmiş və borclunun barəsində tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb olunmasını və ona inzibati həbs növündə tənbeh verilməsini xahiş etdi. Müəyyən olunduğu kimi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-181/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 05 fevral 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan 07 mart 2018-ci il tarixdən başlayaraq hər ay 136,60 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməlidir. Şəxs alimentdən yaranan borcu 13610 manat təşkil edir. O, hazırda maddi vəziyyətinin kifayət qədər yaxşı olmamasını, işsiz olmasını və ona görə də alimenti tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Baxmayaraq ki, Şəxs təyin olunan alimentin öhdəliyi çox da yüksək deyil. Qeyd olunmalıdır ki, aliment öhdəliyi olan şəxs qazancının bir hissəsini aliment borcuna ödəməlidir. Şəxs anlamalıdır ki, onun ödədiyi aliment övladının saxlanılması, qidası üçün ödədiyi puldur. Həmçinin “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən məlum olur ki, Şəxs Ağstafa Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Beləliklə, Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün və icra məmurunun izahatları, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol, icra sənədi, tələbin könüllü icrası barədə bildiriş, icraata başlamaq haqqında qərarlar və inzibati işin digər materialları ilə tam sübut olunur və iş üzrə inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən, inzibati həbs, yalnız müstəsna hallarda tətbiq edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən, ədalətlilik prinsipinin inzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən biri kimi qəbul etməklə və Şəxs qarşı inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə almaqla həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, törədilmiş inzibati xətaya görə inzibati qaydada həbs tənbeh tədbirinin tətbiq olunması işin hallarına, inzibati xətanın xarakterinə və onun şəxsiyyətinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117 və 528-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 mart 2026-cı il saat 17:00-dan hesablansın. Şəxs həmin müddətdə Ağstafa rayon X5 Saxlama Yerində saxlanılsın. Qərar dərhal icra olunsun. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağstafa rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Ağstafa Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Cavad Həsənov
Məhkəmə qərarları › İş №3(5-109)-371/2026
Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-371/2026
13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver