Məhkəmə qərarları › İş №3(5-109)-411/2026

Ağstafa Rayon Məhkəməsi Qərar — İş №3(5-109)-411/2026

31.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Ağstafa rayonu İş № 3(5-109)-411/2026 31.03.2026 AĞSTAFA RAYON MƏHKƏMƏSI Ağstafa Rayon Məhkəməsinin hakimi Həsənov Cavad İsa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mustafayeva Zərifə Mərdan qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Ağstafa rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, R X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs iştirakı ilə, ##.##.1979-cu il tarixdə Qazax rayonu Oraq-Çəkic kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə Ağstafa rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, R X3 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsi haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağstafa rayon polis şöbəsindən material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Ağstafa rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin sahə rəisi, R X3 izahatında bildirmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21 radələrində Ağstafa rayon Q.Kərəm kəndində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılmasına səbəb odur ki, o içkili vəziyyətdə toydan gəlib həyat yoldaşını və uşaqlarını döyərək təhqir etmişdir. Daha sonra həyat yoldaşı Əliyeva Aynur İldırım qızı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınlaşaraq onu bölməyə getmək üçün avtomobilə dəvət etmişlər, lakin o bundan imtina etmiş, polis əməkdaşları ilə aqressiv şəkildə danışmağa başlamışdır. Odur ki, qeyd olunan hadisə ilə bağlı icraatına daxil olmuş raport əsasında inzibati araşdırma aparılmış və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlində İXM-in 510.1 və 535.1-ci maddələrinin tərkib əlamətləri olduğundan sonuncu barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahat verərək bildirmişdir ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilir. Belə ki, o, bildirdi ki, toy məclisindən çıxıb evə gəlmiş və qızının evdə telefonla oynadığını görərək əsəbləşmişdir.Toy məclisində spirtli içki qəbul etdiyindən sərxoş vəziyyətdə olmuşdur. Evdə olarkən qızına niyə telefonla oynadığını, dərslərini oxumadığını soruşmuş və bu səbəbdən də evdə mübahisə yarandığını qeyd etmişdir. Evdə yaranmış mübahisə və səs-küyə görə daha sonra yoldaşının qonşuya getməyinə acığı tutmuş və yaşadığı evin giriş qapısından küçəyə çıxmışdır. Yoldaşı qonşunun evində olduğundan onu çağırmaq üçün qonşunun evinin darvazasını döymüş, qapını açan olmadığı üçün ucadan qışqırmağa, yoldaşının çölə çıxması və evə qayıtması üçün səs-küy salmağa başlamışdır.Bu vaxt küçədə olarkən polis əməkdaşlarının gəldiyini görüb. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatında polis əməkdaşlarından hansı səbəbdən şöbəyə aparıldığını, yoldaşını görmədiyi üçün şöbəyə getməyəcəyini, lakin polisin xidməti avtomobilinə mindikdən sonra heç bir etiraz etmədiyini, narahatçılığ yaratmadığını və səs-küy salmasının səbəbini yoldaşını görmək istəyil ilə bağlı olduğunu bildirmişdir. Buna görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraatla bağlı inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirmişdir ki, ##.##.2026-cı il saat 21 radələrində onlara məlumat daxil oldu ki, Ağstafa rayon Qaçaq Kərəm kəndində həyat yoldaşını döyən bir şəxs var. Həyat yoldaşını döyən zaman yoldaşı Əliyeva Aynur 102 xidmətinə zəng edərək şikayət etmişdir. Daha sonra qonşuları da 102 xidmətinə zəng edərək yenidən şikayət etmişlər. Onlar həmin əraziyə yaxınlaşan zaman Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs küçədə olduğunu görüblər. Küçədə səs-küy yaradaraq qonşuları da narahat etmiş və nalayiq ifadələr işlətmişdir. Daha sonra onlar Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs nizam-intizama dəvət etsələrdə o öz hərəkətlərinə davam etdiyini qeyd ediblər. R Aslan Əliyev Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatının alınması üçün polis şöbəsinə dəvət etmişdir, lakin şəxsi xitmədi avtomobilə mindirməyə çalışarkən əl-qol hərəkətləri etmiş, onlarla kobud danışmış, bölməyə getməyə etiraz etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatından görünür ki, o da digər şahid X2 ilə eyni məzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: ##.##.2026-cı il tarixli, MN ******* saylı “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21:15-də inzibati qaydada tutulmuşdur. ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs barəsində İXM-in 510.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasında vermiş olduğu izahatını qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirməklə sonuncunun inzibati məsuliyyətdən boyun qaçırmaq üçün qeyd olunan məzmunda izahat verdiyini hesab edir. Nəzərə alınmalıdır ki, məhkəmə iclasında dindirilmiş şahidlər oxşarməzmunlu izahatlar verməklə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qeyd olunan inzibati xətanı törətməsini təsdiq etmiş, şahidlərin izahatları arasında hər hansı bir uyğunsuzluq olmamışdır. Nəzərə alınmalıdır ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yalan izahat verməyə görə məsuliyyət daşımır. Lakin şahidlərin hər birinə yalan izahat verməyə görə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq olunmuş, daha sonra müvafiq iltizam alınmış, bundan sonra onlar izahat vermişlər. Belə olan halda, məhkəmə şahid izahatlarını işin faktiki hallarına uyğun hesab edir və Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs izahatını özünümüdafiə xarakterli verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Odur ki, inzibati xəta haqqında protokol düzgün olaraq tərtib olunmuş, şəxs həmin maddələr ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlinə düzgün hüquqi qiymət verilməsi və obyektiv məhkəmə araşdırmasının təmin edilməsi üçün onun əməlində hər iki xətanın tərkib əlamətlərinin mövcudluğunu ayrı-ayrılıqda tədqiq etməyi zəruri hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə münasibətdə qeyd edir ki, həmin maddənin tələblərinə əsasən, ictimai qaydanın pozulması halları, cəmiyyətin ümumi asayişinin qorunmasına yönəlmiş davranış qaydalarının ziddinə hərəkət edildikdə baş verir. Belə hallar cəmiyyətin normal həyat tərzini pozmaqla, ictimai nizam-intizama, etik normalara və birgəyaşayış prinsiplərinə mənfi təsir göstərir. İctimai qayda dedikdə, insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə yanaşı, qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydaları nəzərdə tutulur. Bu sistemin pozulması isə cəmiyyətin normal fəaliyyətinə mənfi təsir etməklə ictimai təhlükə doğurur. İXM-in 510.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyət məhz belə halların qarşısının alınmasına və cəmiyyətin asayişinin qorunmasına yönəldilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ##.##.2026-cı il tarixdə saat 21 radələrində Ağstafa rayon Q.Kərəm kəndində yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs saxlanılmasına səbəb odur ki, o içkili vəziyyətdə toydan gəlib həyat yoldaşını və uşaqlarını döyərək təhqir etmişdir. Daha sonra həyat yoldaşı Əliyeva Aynur İldırım qızı DİN-nin 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınlaşaraq onu bölməyə getmək üçün avtomobilə dəvət etmişlər, lakin o bundan imtina etmiş, polis əməkdaşları ilə aqressiv şəkildə danışmağa başlamışdır. Məhkəmə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətlərini aşağıdakı aspektlərdən ictimai qaydanın pozulması kimi qiymətləndirilir:

1. İctimai davranış qaydalarının pozulması: Onun yüksək səslə nalayiq ifadələr işlətməsi və aqressiv davranışı ətrafda olan şəxslər üçün narahatlıq yaratmışdır ki, bu da cəmiyyətin birgəyaşayış qaydalarına ziddir.

2. Əxlaq normalarına uyğunluğun pozulması: İctimai yerlərdə nalayiq ifadələr işlətmək, cəmiyyətin etik və mənəvi normalarını pozmaqla, digər şəxslərin hüquqlarını da zədələyir. Bu əsasda məhkəmə belə qənaətə gəlir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs hərəkətləri İXM-in 510.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibini təşkil edir. Həmin maddənin tətbiqi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs törətdiyi hərəkətlərin qanunvericiliyə uyğun qiymətləndirilməsi zəruridir. Cəmiyyətin asayişinin təmin edilməsi və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üçün bu cür davranışlara qarşı inzibati tədbirlər görülməsi isə vacibdir. Məhkəmə İXM-nin 535.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğuna dair isə qeyd etməyi zəruri hesab edir ki, polis əməkdaşları Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs yaxınlaşaraq onu bölməyə getmək üçün avtomobilə dəvət etmişlər, lakin o bundan imtina etmiş, polis əməkdaşları ilə aqressiv şəkildə danışmağa başlamışdır. Belə olan halda, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs ictimai qaydanı pozan hərəkətləri dayandırmasına dair yönələn tələb qanuni olmuş, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs isə qeyd olunan tələbə tabe olmayıb, hərəkətlərini davam etdirməklə, həmçinin bölməyə dəvət edilməsinə etiraz etməklə polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs polis işçisi vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmamış, ictimai yerdə ucadan nalayiq ifadələr işlədərk ictimai qaydanı pozmuş, bununla da sonuncu tərəfindən İXM-nin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlləri törədilmişdir. İXM-in 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafı, zərərçəkmiş şəxsin, şahidin izahatları ilə, digər sənədlərlə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göstərilənlərə əsasən Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş ##.##.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, ##.##.2026-cı il tarixli raport, şahidlərin izahatları ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-in 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İXM-in 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İXM-nin 34.3-cü maddəsinə əsasən 12 (on iki) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli ## #### 2026-cı il tarixdən, saat 21:15-dən hesablansın. Qərar dərhal icra edilsin və icrası Ağstafa rayon polis şöbəsinin MSY-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Cavad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar