Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-117/2026 18.03.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X36 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X6, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə xx.xx.2005-ci ildə Şamaxı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs Ağsu RQİTBŞ-nın inzibati binanın daxilində ucadan səs-küy salaraq ictimai qaydanı və ictimai asayişi pozmuşdur. Bu barədə Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13 tərəfindən xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis baş leytenantı X13 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən protokolun təmin edilməsini xahiş etmiş və Şəxs barəsində tənbeh tədbirini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahat verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə o, atası Məmməd İbrahimovla birlikdə Ağsu rayonu mərkəzi poçtuna gedərək 55,4 manat rüsum ödəmişlər və çeki özü ilə götürüb Ağsu RQİTBŞ-ə getmişdir. Məqsəd atası maşını onun adına keçirmək olmuşdur. Atası ikinci mərtəbəyə qalxıb tanımadığı polis mayorunun otağına girmiş, bir az vaxt keçdikdən sonra atası ona səslənərək ona su aparmağını istəmişdir. O, da yuxarı çıxmaq istəyərkən polis onu yuxarı buraxmamışdır. O, bildirmişdir ki, atasında ürək problemi var. Polis əməkdaşı ona narahat olmamasını bildirmişdir. O da demişdir ki, nəsə olsa atasına cavabdehdir. Gəlib onu döyə-döyə, vura-vura yuxarı aparmışdır. Bununla kifayətlənməyib onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra şöbədən polis əməkdaşları gəlib onu aparacağını bildirmişdir. Polis əməkdaşları gəlib onu və atasını şöbəyə aparmışlar, onlar izahatlarını verdikdən sonra sərbəst buraxmışdırlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar, yəni o və atası maşın alqı-satqısı ilə məşğuldurlar. Atası aldığı maşını onun adına keçirmək üçün Ağsu RQİTBŞ-ə getmişlər, maşının nömrəsini dəqiq bilmir, 77 seriyası ilə başlayırmış, “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona və atasına hər hansı aidiyyəti yoxdur. İş üzrə icraata xitam verilməsini və ona qarşı zorakılıq edən şəxslər barəsində tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, tərtib edilmiş protokolla razı deyil. Protokol tərtib edilərkən onun müdafiə hüququ pozulmuşdur. Şahidlərin ifadəsindən görünür ki, Əliağa sakit dayanmışdır. Ona qarşı təhqir və fiziki zorakılıq olmuşdur. Belə ki, hadisə vaxtı Ağsu RQİTBŞ-nin əməkdaşı qapını açaraq onu vurmuş və təhqir etmişdir. Bunun qabaqcadan planlaşdırıldığını düşünür. Şəxs heç kimi təhqir etməmiş, Ağsu RQİTBŞ-nin iş fəaliyyətini pozmamış və heç kimə qarşı fiziki zorakılıq və ya tabesizlik göstərməmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini, Şəxs qarşı zorakılıq edən şəxslər barəsində, həmçinin protokol tərtib edilərkən Şəxs müdafiə hüququnu pozan şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X16 izahat verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 16:00 radələrində Ağsu RQİTBŞ-də xidmətdə olarkən Şamaxı şəhər sakini Məmməd adlı şəxs onun xidməti otağına gələrək qonşusuna məxsus olan “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilini sənədləşdirmək üçün müraciət etmişdir. O, da Məmməd İbrahimova bildirmişdir ki, aparmaq istədiyi sənədləşmə Azərbaycan Respublikasının yol hərəkət haqqında qanununa ziddir, Məmməd İbrahimov onun sözündən nəticə çıxarmayaraq ardıcıl olaraq ona hədə-qorxu gəlmiş, əks halda digər yollara əl atacağını bildirmişdir. Bundan sonra Məmməd İbrahimov, oğlunu çağırmış, o və oğlu X32 RQİTBŞ-nin inzibati binasında ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq küçə söyüşləri söyməyə başlamışdırlar. X5 İbrahimov Ağsu RQİTBŞ-nin inzibatı binanın qapısına dəfələrlə təpik, pəncərəsinə isə yumrumla vuraraq səs-küy salmağa davam etmişdir. Bununlada Ağsu RQİTBŞ-nin iş fəaliyyətini pozmuşlar. O və iş yoldaşı polis serjantı Xəyal Əzimov ilə birlikdə vətəndaş Məmməd İbrahimovu və oğlu Əliağa İbrahimovu dəfələrlə nizam intizama dəvət etsələr də onlar öz əməllərindən geri qalmamışdırlar. Buna görə də Ağsu RPŞ-nin NH-nə zəng vuraraq həmin şəxsləri RPŞ-yə aparılması üçün əməkdaş xahiş etmişdirlər. Bir qədər sonra Ağsu RPŞ-nin əməkdaşları qeyd olunan yerə gələrək onlarla bərabər həmin şəxsləri saxlayıb Ağsu RPŞ- yə gəlmişdirlər. Məhkəmə iclasında şahid X18 izahat verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 16:00 radələrində Ağsu RQİTBŞ-də xidmətdə olarkən Şamaxı şəhər sakini Məmməd adlı şəxs İftixar Həsənovun xidməti otağına gələrək qonşusuna məxsus olan “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sənədləşdirmək üçün müraciət etmişdir. Bir qədər sonra, yuxarıda adları qeyd olunan şəxslər Ağsu RQİTBŞ-nin daxilində ünvanlı və ünvansız küçə söyüşləri söymüşdürlər, polis əməkdaşlarının iş fəaliyyətini kobud şəkildə pozurmuşlar. O, da həmin şəxslərə yaxınlaşaraq onları nizam intizama dəvət etsə də onlar qərəzli şəkildə öz hərəkətlərini davam edərək, X5 İbrahimov inzibati binanın giriş qapısına ayağı ilə dəfələrlə təpik vurmağa, şüşəni isə əli ilə vurmağa başlamışdır. Onlar nə qədər həmin şəxsləri sakitləşdirmək istəsələr də həmin şəxslər öz hərəkətlərinə davam etmişdirlər, onların heç bir qanuni tələblərinə tabe olmayaraq ictimai asayişi kobud şəkildə pozaraq polis mayoru İftixar Həsənova qarşı qanunsuz tələblər irəli sürməyə başlamışdırlar. Buna görə də Ağsu RPŞ-nin NH-nə zəng vuraraq həmin şəxsləri RPŞ-yə aparılması üçün əməkdaş xahiş etmişdirlər. Bir qədər sonra Ağsu RPŞ-nin əməkdaşları qeyd olunan yerə gələrək onlarla bərabər həmin şəxsləri saxlayıb Ağsu RPŞyə gəlmişdirlər. Məhkəmə iclasında şahid X30 izahat verərək göstərdi ki, xx.xx.2026-cı il tarixdə təxminən saat 16:00 radələrində Ağsu RQİTBŞ-də xidmətdə olarkən Şamaxı şəhər sakini Məmməd adlı şəxs inzibati binaya gələrək avtomobil sənədləşdirmək üçün ikinci mərtəbəyə qalxmışdır. Bir qədər sonra oğlu Əliağa İbrahimov qapını döyərək atasının yanına qalxmaq istədiyini demiş, o, isə cavabında narahatçılıq olmadığını, atasının birazdan çıxacağını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Məmməd İbrahimovun digər oğlu qapını təpiklə vurmuş, həmçinin qapıya əl ilə də vurulmuş, həmin vaxt Əliağa İbrahimovda orada olmuş, qapının qeyd olunan formada vurulmasından sonra o, dərhal qapını açmış, bu zaman Əliağa İbrahimov və qardaşı onun tələbinə əməl etməyərək kütləvi formada uca səslərlə içəri daxil olmuşlar. Bununlada qeyd olunan şəxslər Ağsu RQİTBŞ-nin daxilində ünvanlı və ünvansız küçə söyüşləri söyərək, polis əməkdaşlarının iş fəaliyyətini kobud şəkildə pozmuşdurlar. O, da həmin şəxslərə yaxınlaşaraq onları nizam intizama dəvət etsə də onlar qərəzli şəkildə öz hərəkətlərini davam etmişlər. Onlar nə qədər həmin şəxsləri sakitləşdirmək istəsələr də onlar öz hərəkətlərinə davam etmişlər, onların heç bir qanuni tələblərinə tabe olmayaraq ictimai asayişi kobud şəkildə pozaraq polis mayoru İftixar Həsənova qarşı qanunsuz tələblər irəli sürməyə başlamışdırlar. Buna görə də Ağsu RPŞ-nin NH-nə zəng vuraraq həmin şəxsləri RPŞ-yə aparılması üçün əməkdaş xahiş etmişdirlər. Bir qədər sonra Ağsu RPŞ-nin əməkdaşları qeyd olunan yerə gələrək onlarla bərabər həmin şəxsləri saxlayıb Ağsu RPŞ-yə gəlmişdirlər. İş üzrə şahid X14 məhkəmə baxış iclasında iştirak etməmiş və onun araşdırma zamanı verdiyi izahat məhkəmə iclasında elan olunmuşdur. Şahid X14 araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə PPXB-nin polis nəfəri polis serjantı Siyavuş İslamovla birlikdə Ağsu rayonu Nizami küçəsində xidmətdə olarkən Ağsu RPŞ-nin NH-dən onlara zəng vurmuşdurlar ki, Ağsu RQİTBŞ-da Şamaxı rayon sakinləri X7 və X4 həmin şöbənin əməkdaşlarının işinə mane olaraq mübahisə yaradırlar. Onlar dərhal sözügedən Ağsu RQİTBŞ-nin inzibati binasına yaxınlaşıb X7 və X8 Ağsu RQİTBŞnın əməkdaşları ilə mübahisə edərək orada ucadan səs-küy salırmışlar. Onlar onları nizam intizama dəvət etsələr də, həmin şəxslər davamlı olaraq ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə davam edib, tabesizlik göstərmişdirlər. Onlar həmin şəxsləri sakitləşdirib Ağsu RPŞ-yə dəvət edərək NH-yə təhvil vermişdirlər. İş üzrə şahid X11 məhkəmə baxış iclasında iştirak etməmiş və onun araşdırma zamanı verdiyi izahat məhkəmə iclasında elan olunmuşdur. Şahid X11 araşdırma zamanı verdiyi izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə PPXB-nin polis nəfəri polis kiçik serjantı Toğrul Abuzərli ilə birlikdə Ağsu rayonu Nizami küçəsində xidmətdə olarkən Ağsu RPŞ-nin NH-dən onlara zəng gələrək, Ağsu RQİTBŞ-da Şamaxı rayon sakinləri X7 və X4 həmin şöbənin əməkdaşlarının işinə mane olaraq mübahisə yaratdıqlarını bildirmişdirlər. Onlar dərhal sözügedən Ağsu RQİTBŞ-nin inzibati binasına yaxınlaşıb X7 və X8 Ağsu RQİTBŞ-nin əməkdaşları ilə mübahisə edərək orada ucadan səs-küy saldığını görmüşdürlər. Onlar onları nizam intizama dəvət etsələr də həmin şəxslər davamlı olaraq ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələr işlətməyə davam edib, tabesizlik göstərmişdirlər. Onlar həmin şəxsləri sakitləşdirib Ağsu RPŞ-yə dəvət edərək NH-yə təhvil vermişdirlər. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş şahid X9 izahat verərək göstərmişdir ki, o, maşınını qeydiyyatdan keçirmək üçün Ağsu RQİTBŞ-yə getmişdir. Hadisə zamanı çöldə olmuşdur. Əliağa İbrahimov sakit dayanmışdır, qapı açılmış və bir polis əməkdaşı Əliağa İbrahimovu sillə ilə vuraraq içəri salmışdır. Lakin içəridə olanlardan məlumatı olmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, özünə məxsus “VAZ 2107” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobili satmışdır, onu sənədləşdirmək üçün Ağsu RQİTBŞnə getmiş, lakin texniki baxışdan keçmiş və bundan sonra idarədə mübahisə düşdüyü üçün maşınını sənədləşdirə bilməmişdir. Əliağa İbrahimovun atası X22 sakini kimi tanıyır. Məmməd İbrahimov onun sənədləri üçün mübahisə etməmişdir. Onun sənədləri öz əlində olmuşdur. O, Əliağa İbrahimovu tanıdığı üçün onun vurulması ilə bağlı polisə müraciət etmiş, hətta bu barədə teleqramda vurmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş şahid X19 izahat verərək göstərmişdir ki, o, “VAZ 2107” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır Həmin avtomobili öz adına qeydiyyatdan keçirmək üçün Ağsu RQİTBŞ-yə getmişdir. Hadisə zamanı çöldə olmuşdur. Əliağa İbrahimov sakit dayanmışdır, qapı açılmış və bir polis əməkdaşı Əliağa İbrahimovu sillə ilə vuraraq içəri salmışdır. Lakin içəridə olanlardan məlumatı olmamışdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, O, “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili almışdır, onu sənədləşdirmək üçün Ağsu RQİTBŞ-nə getmiş, lakin idarədə mübahisə düşdüyü üçün maşınını sənədləşdirə bilməmişdirlər. Hazırda xx.xx.2026-cı il tarixdə notarial qaydada etibarnamə almışdır. Əliağa İbrahimovun atası X22 sakini kimi tanıyır. Məmməd İbrahimov onun aldığı avtomobil sənədləri üçün mübahisə etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş şahid X20 izahat verərək göstərmişdir ki, o, hadisə zamanı orada olmuşdur. Onları tanımır, ora Firudinlə getmişdir. Polis əməkdaşları həqiqətən də oğlanı vurmuşdur. Oğlan nalayiq ifadələr işlətməmiş, polis əməkdaşı onu otağa salmışdır. 102 xidmətinə o, zəng vurmuşdur. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Firudun avtomobilini satmışdır, onu sənədləşdirmək üçün Ağsu RQİTBŞ-nə getmişdir, lakin idarədə mübahisə düşdüyü üçün maşınını sənədləşdirə bilməmişdir. O, Əliağa İbrahimovun atasını Şamaxı sakini kimi tanıdığı üçün onun vurulması ilə bağlı polisə müraciət etmiş, hətta bu barədə teleqramda vurmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında dindirilmiş şahid X10 izahat verərək göstərdi ki, o, Məmmədi bir Şamaxılı olaraq tanıyır. Onlar da maşını qeydiyyatdan keçirmək üçün orada imişlər. Əliağa orada sakit dayanmışdır. İçəridən onu çağıraraq, sən Məmmədin oğlusan gəl içəri deyib apardılar. Əliağanın qapını vurmasına və nalayiq ifadələr işlətməsinə şahid olmamışdır. Əlavə olaraq bildirmişdir ki, O, Əliağa İbrahimovun atasını Şamaxı sakini kimi tanıdığı üçün onun vurulması ilə bağlı polisə müraciət etmiş, hətta bu barədə teleqramda vurmuşdur. İş materiallarına əlavə edilən və məhkəmə iclasında tədqiq edilmiş: - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtina etməsi haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs müdafiəçidən imtina etmiş və protokol onun tərəfindən imzalanmışdır. - Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqlarının izah edilməsi haqqında xx.xx.2026-cı il tarixli bildirişdən görünür ki, Şəxs hüquqları izah edilmiş və bildiriş onun tərəfindən imzalanmışdır. - MN seriyalı, ******* nömrəli xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs Ağsu RQİTBŞ-nın inzibati binanın daxilində ucadan səs-küy salaraq ictimai qaydanı və ictimai asayişi pozmuşdur və İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - xx.xx.2026-cı il tarixli, № AZ**********9546 saylı teleqramdan görünür ki, X9 xx.xx.2026-cı il tarixdə Ağsu Rayon Polis Şöbəsinə teleqram göndərmişdir. - xx.xx.2026-cı il tarixli, № AZ**********9544 saylı teleqramdan görünür ki, X20 xx.xx.2026-cı il tarixdə Ağsu Rayon Polis Şöbəsinə teleqram göndərmişdir. - xx.xx.2026-cı il tarixli, ********* saylı qəbzdən görünür ki, X10 xx.xx.2026-cı il tarixdə Ağsu Rayon Polis Şöbəsinə teleqram göndərmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X38 İdarəsinin xx.xx.2026-cı il tarixli məktubuna əlavə edilmiş müşahidə kamerasının video görüntülərindən görünür ki, Əliağanın atası və polis əməkdaşları hadisə zamanı ikinci mərtəbədə olmuşdur. Aşağıda baş vermiş hadisə ilə əlaqədar polis əməkdaşları anidan aşağı düşməyə başlamışdırlar və bundan sonra polis əməkdaşları, həmçinin Şəxs və atası Məmməd İbrəhimov yuxarı qalxmışdırlar. Video görüntüdə Şəxs vurulduğu, ona qarşı zor tətbiq edildiyi görünmür. Əksinə aşağıda baş vermiş mübahisə nəticəsində polis əməkdaşlarının ikinci mərtəbədən kütləvi şəkildə birinci mərtəbəyə düşməsi və orada nizamsızlıq olması, sonradan hamısının yuxarı qalxması müəyyən edilir. - xx.xx.2026-cı il tarixli aktdan görünür ki, X12 xx.xx.2026-cı il tarixdə şöbəyə nəqliyyat vasitəsini təkrar qeydiyyat məqsədilə müraciət etmiş, avtomobilə baxış zamanı müəyyən çatışmazlıqlar aşkar olunmuş, o da bundan əsəbləşərək şöbənin inzibati binasının giriş qapısına çoxsaylı təpik və yumruqla vuraraq şöbənin iş fəaliyyətini pozulmasına və vətəndaşların haqlı narazılığına səbəb olmuş, əməkdaşlar onu sakitləşdirməyə çalışmağına baxmayaraq əl-qol hərəkətləri edərək nalayiq küçə ifadələri işlədərək əməkdaşları təhqir etmişdir. - SX № ******* nmrəli hərbi biletdən görünür ki, Şəxs 19-xx.xx.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlarında iştirak etmişdir. Məhkəmə araşdırmasında və proses iştirakçılarının izahatlarından görünür ki, Əliğa İbrəhimov və atası “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sənədləşdirmək üçün Ağsu RQİTBŞ-nə gəlmişlər, lakin onların istədiyi sənədləşmə işləri qanuna zidd hesab edildiyi üçün onlar səs-küy salmışlar və mübahisə yaranmışdır. Bundan başqa Şəxs izahatında polis əməkdaşları tərəfindən döyüldüyünü bildirsə də iş materiallarına əlavə edilmiş video görüntülərdən qeyd olunan hadisə görünmür, əksinə Əliğa İbrəhimovla bağlı hadisənin Ağsu RQİTBŞ-nin inzibati binasının giriş hissəsində baş verdiyi, döyüldüyünü bildirdiyi polis əməkdaşının birinci mərtəbədə səs-küy yarandıqdan sonra Şəxs atası ilə birgə ikinci mərtəbədən düşdüyü, daha sonra isə onlarla birgə ikinci mərtəbəyə qalxdığı, bu zaman Şəxs hər hansı fiziki təsir göstərilmədiyi görünür. Bundan başqa barəsində protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlər X9, X20, X19 və X10 hadisə vaxtı çöldə olduqlarını, Əliğa İbrəhimovun sakit dayandığını və polis əməkdaşının qapını açaraq onu vurduğunu gördüklərini bildirsələrdə, araşdırma zamanı məlum olmuşdur ki, Əliğa İbrəhimov və atası Məmməd X1 X2 “VAZ 2107” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sənədləşdirmək üçün Ağsu RQİTBŞ-nə getmişlər, X20 və X10 da onlarla birgə olmuşdur. Bundan əlavə həmin şəxslər Əliğa İbrəhimovun vurulduğunu gördüklərini bildirsələrdə, həmin gün yox, növbəti gün, yəni Şəxs və atası Ağsu Rayon Polis Şöbəsinə dəvət edildikdən sonra Ağsu Rayon Polis Şöbəsinə teleqram göndərmişdirlər. Barəsində protokol tərtib edilmiş şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin izahatlarından həmçinin müəyyən edilir ki, inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olmuş hadisə baş verdiyi üçün Ağsu RQİTBŞ-nin iş rejimi pozulmuş və onlar sənədləşmə işləri apara bilməmişlər. Beləliklə, Məhkəmə Şəxs etdiyi əməlləri təkzib etməsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri şahidlərin izahatlarından başqa, inzibati xəta haqqında protokol, digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. İXM-in: 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2026-cı il tarixdə ictimai yerdə ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək nalayiq ifadələr işlətmiş, bununla da cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq nümayiş etdirmiş, müəssisənin iş fəaliyyətini pozmuş, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanı kobud surətdə pozan hərəkətlərə yol verməklə İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2026-cı il tarixdə ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 19xx.xx.2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda qeyri-qanuni silahlı birləşmələrə qarşı aparılan antiterror əməliyyatlarında iştirak etməsini əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-in: 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, daha ciddi xəta hesab edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(5-110)-117/2026
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-117/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver