Məhkəmə qərarları › İş №3(5-110)-27/2026

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-27/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-27/2026 16.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 272.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 11 yanvar 2026-cı il tarixdə lisenziyası olmadan qanunsuz ov edərək, ov etmə qaydalarını pozmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahat verərək göstərdi ki, 11 yanvar 2026-cı il tarixdə Şəxs özünə məxsus ov tüfəngi ilə Ağsu rayonu, Hacıqədirli kəndində ov etməsi iilə bağlı məlumat daxil olmuş, araşdırma zamanı həqiqətən də Şəxsinun 1 ədəd Turac quşunu vurması aşkar edilmişdir. Bu səbəbdən barəsində inzibati protokol tərtib olunmuş, izahatı alınmışdır. İzahat zamanı silahın özünə məxsus olduğu bilinmişdir, lakin lisenziyası olmadan ov qaydalarını pozmuşdur. Onun barəsində İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, xx.xx.2026-cı il tarixdə özünə məxsus 3 baş rast atlarını nar bağına salmış və atları nar bağından çıxaraq kənd sakinlərinin çöl sahədə olan əkin sahəsinə girməsi barədə ona məlumat vermişlər. O, dərhal özünə məxsus mülkiyyətində olan “Tula-12” markalı, 1955 nömrəli qoşa lüləli ov silahını götürüb çöl əkin sahəsinə getmiş və bir qədər atlarını axtarmış və tapa bilməmişdir. Bundan sonra o həm atlarını axtarmış həm də ov etmək qərarına gəlmişdir. Həmin vaxt əkin sahəsində heç bir kəs olmamışdır. O, ov edərək 1 ədəd çöl quşu olan Turac quşunu özünə məxsus öv silahı ilə ovlayaraq vurmuşdur. Bir qədərdən sonra polis əməkdaşları ona yaxınlaşıb onu polis şöbəsinə dəvət etmişlər. Əməlindən səmimi peşmandır. Buna görə də ona yüngül inzibati tənbeh tədbirinin verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 272.3-cü maddəsi ilə qeyd olunan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında protokol və digər iş materialları ilə təsdiq edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “İnzibati xəta haqqında” 15 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 11 yanvar 2026-cı il tarixində lisenziyası olmadan ov edərək, ov etmə qaydalarını pozmuşdur. - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, 1 baş Turacın ovlanması zamanı təbiətə dəymiş ziyanın məbləği Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 176 nömrəli qərarına əsasən 330 manat təşkil edir. - xx.xx.2026-cı il tarixli aktdan görünür ki, Şəxs məxsus qoşa lüləli “Tula”-1955, 12 çaplı P-0319 nömrəli yivsiz ov silahı ilə Ağsu rayonu, Hacıqədirli kəndi ərazisində yerləşən çöl əkin sahəsində xx.xx.2026-cı il tarixində qanunsuz ov edərək 1 ədəd ovladığı Turac quşu RPŞ-də yandırılaraq məhv edilmişdir. İXM-in 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin İXM-in 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmanlığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs əməlində inzibati məsuliyyəti ağırlaşdıran hal yoxdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanın hallarını, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, inzibati xətanın xarakterini və törədilmə şəraitini nəzərə alaraq, İXM-in 272.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri – inzibati cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1.000 (bir min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar