Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-28/2026 16.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X6 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1984-cü ildə Ağsu rayonu anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olan və yaşayan Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Ağsu RMX-da Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyi olunmayan xəsarətlər yetirmişdir. Bu barədə Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 tərəfindən xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu RPŞ-nin İTB-nin polis sahə rəisi, polis kapitanı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Zərərçəkmiş şəxs döyərək ona dərəcəsi təyi olunmayan xəsarətlər yetirmişdir. Hazırda məhkəmədən Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, onun atası Rəsul hazırda onkoloji xəstəlikdən əziyyət çəkir və hazırda Ağsu Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. 25 noyabr 2025-ci il tarixdə saat 21 radələrində o, atasına baş çəkmək məqsədilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Həmin vaxt o, reanimasiyaya daxil olmuşdur. Bu vaxt atası Rəsulun orada baxımsız vəziyyətdə olmasını, yanında heç kim olmamasını görmüşdür. Bundan sonra xəstəxanada tibb bacısı işləyən Zərərçəkmiş şəxs çağırmışdır. Mehriban onun yanına gələn zaman ətrafda təxminən 15 nəfər tibb işçiləri var imiş. O, Mehribana atasının baxımsız vəziyyətdə olmasını deyərək irad bildirmişdir. Bu vaxt Mehriban ona “sən kimsən mənə göstəriş verirsən, bu mənim işim deyil” deyərək əli ilə onun çiynindən itələmişdir. O, “bu sənin işindir, səndən tələb edirəm” demişdir. Orada olan səs-küyə çoxlu kənar şəxslər də toplaşmışdır. Bundan sonra o, oradan çıxaraq xəstəxananın birinci mərtəbəsinə düşərək orada gözləməyə başlamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir, həmin vaxt orada tanımadığı tibb işçiləri olmuş, həmçinin səs-küyə kənar tibb işçiləri toplaşmışdır. O, ancaq sözlü mübahisə etmişdir. Zərər çəkmişin barışıq üçün istədiyi məbləği ödəməyə maddi imkanı yoxdur, həmçinin zərər çəkmişə qeyd etdiyi məbləğdə maddi ziyan dəyməmişdir. Nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, 2012-ci ildən “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Reanimasiya Şöbəsinin tibb bacısı vəzifəsində işləyir. 25 noyabr 2025-ci il tarixdə saat 09 radələrində işlədəyi “Ağsu Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Reanimasiya Şöbəsinə gəlmiş və həmin vaxt orada 6 xəstənin olmasını görmüşdür. Həmin xəstələrdən biri də Rəsul Cəbrayılov adlı onkoloji xəstə imiş. O, digər xəstələr kimi gün ərzində Rəsul Cəbrayılova da tibbi xidmət göstərmişdir. 25 noyabr 2025-ci il tarixdə saat 21 radələrində o, növbəni təhvil verib, soyunma otağına keçmişdir. Həmin vaxt orada onun yanında Yasəmən, Süblövşə, Şura, Sevil və Gülzar adlı Reanimasiya şöbəsinin əməkdaşları var imişlər. Bu vaxt koridordan səs-küy gəlmiş və soyunma otağına qəflətən adını sonradan bildiyi Şəxs daxil olmuşdur. Mədinə onu nalayiq söyüşlərlə təhqir etmişdir. Orada olan şəxslər Mədinəni bayıra çıxarsalar da Mədinə sonradan yenidən otağa daxil olaraq iki əli onu boğazından yapışaraq sıxmış və onun başını divara sıxmışdır. Orada olan Sevil və Gülzar onları aralamışlar. Mədinə təkrar onun üzərinə gəlməyə başlamışdır. O, Mədinənin onun sifət nahiyəsindən vuracağını ehtimal etdiyi üçün arxasını ona tərəf çevirmişdir. Mədinə əli ilə onun kürək nahiyəsindən itələmişdir. Onun başı divara dəymişdir. Daha sonra Mədinə onun boğaz nahiyəsindən yapışaraq sıxmışdır. Bundan sonra təkrar onları aralamışlar. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir, həmin vaxt orada tanımadığı tibb işçiləri olmuş, həmçinin səs-küyə kənar tibb işçiləri toplaşmışdır. Həmçinin mübahisə zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs onun qızıl sepini də sındırmışdır. Hazırda ona dəymiş 2000 manat maddi və mənəvi ziyan ödənilsə barışmağa hazırdır. Barışıq olmadığı təqdirdə Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, toplanmış materiallar üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, Şəxs barələrində İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul olunmuş qərarın surəti Ağsu RPŞ-nin İTB-nə göndərilmişdir. - MN seriyalı, ******* nömrəli xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, Ağsu RMX-da Zərərçəkmiş şəxs döymüş və İXM-nin 157-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli, 257 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – başın sol alın nahiyyəsində qançır və boynun sağ yan orta şöbəsində sıyrıq, küt-bərk əşyanın təsirindən törənmişlər. Törəmə müddətləri qərarın təsviri göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmələri inkar edilmir və sağlamlığa Zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin olunmur. Məhkəmə hesab edir ki, İnzibati xəta törətmiş Şəxs İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi zərərçəkmiş şəxsin izahatı, Ağsu rayon Polis şöbəsinin inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı protokolu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2025-ci il tarixli, 257 nömrəli rəyi və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə İnzibati xəta törətmiş Şəxs məhkəmə iclasında verdiyi izahatında münasibətdə qeyd edir ki, irəli sürülən dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, özünü məsuliyyətdən yayındırmaq məqsədilə verilmişdir, ona görə nəzərə alınmır. Məhkəmə İnzibati xəta törətmiş şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 157-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(5-110)-28/2026
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-28/2026
16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver