Məhkəmə qərarları › İş №3(5-110)-40/2026

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-40/2026

29.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-40/2026 29.01.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Ağsu şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Ağsu şəhəri, A.Osmanov küçəsi, ev 3-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 332.2-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanı “İnzibati tənbeh vermə haqqında” qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar olaraq törətməklə İXM-in 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 məhkəmə iclasında çıxış edərək göstərdi ki, Şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə H.Əliyev prospektində avtomobil idarə edərkən, polis əməkdaşları ona yaxınlaşmış və vətəndaşın içkili halkda avtomobil idarə etdiyini görmüşlər. Onu Ağsu Rayon Polis Şöbəsinə dəvət etmiş, avtomobili duracağa yerləşdirmişlər. Vətəndaş özü də polis şöbəsində içkili olduğunu etiraf etmiş, alkotestrlə yoxlanmışdır. Etiraf etdiyi üçün həkim müayinəsinə getməyə ehtiyac görülməmişdir. Eyni əməli il ərzində təkrar törətdiyi üçün barəsində İXM-in 332.2-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Şəxs izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə axşam evində spirtli içki qəbul etmişdir. Gecə saat 4-5 radələrində uşaq narahat olduğu üçün dərman almağa aptekə getməyə məcbur olmuş, elə orda polis əməkdaşları onu görərək, polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır və barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs İXM-in 332.2-ci maddəsi ilə qeyd olunan inzibati xətanı törətməkdə təqsiri tam sübut olunur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, “Saipa 132 SE” minik markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sərxoş halda idarə edərək yol hərəkəti qaydalarını pozmuşdur. İXM-in 332.2-ci maddəsinə əsasən, bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə-nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, beş yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 332.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən haldır. Şəxs sərxoş olması inzibati məsuliyyəti ağırlaşdıran haldır. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 333.2ci maddəsinin sanksiyasının həddində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs X4 İXM-in 333.2-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla, 5 (beş) gün müddətində həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 29 yanvar 2026-cı il tarixdən, saat 15:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar