Məhkəmə qərarları › İş №3(5-110)-52/2026

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-52/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-52/2026 09.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta ixtisas təhsilli, işsiz, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsi barədə Ağsu rayon Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2026-cı il tarixdə X3 yaşadığı Ağsu şəhərində olan evinə gedərək evin qapı və pəncərələrini sındıraraq ona 900 manat məbləğində maddi ziyan vurmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X4 məhkəmə iclasında bildirdi ki, Şəxs xx.xx.2026-cı il tarixdə X3 yaşadığı Ağsu şəhərində olan evinə gedərək evin qapı və pəncərələrini sındıraraq ona 900 manat məbləğində maddi ziyan vurmuş, bu səbəbdən barəsində İXM-in 232-1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs ona məxsus evə gələrək, evin qapı pəncərəsini sındıraraq ona maddi ziyan vurmuşdur. Hazırda Şəxsla barışmış, ona dəymiş maddi ziyanı ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Bu səbəbdən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, təqsirini etiraf edir. Belə ki, X5 məxsus evin qapı pəncərəsini sındıraraq ona maddi ziyan vurmuşdur. X1 ilə barışmış, ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Bu səbəbdən, barəsində tərtib edilmiş protokolun icrasına xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materillarına əlavə edilən “İnzibati xəta haqqında” 09 fevral 2026-cı il tarixli, MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə X5 məxsus evin qapı pəncərəsini sındıraraq ona maddi ziyan vurmuşdur. İş materillarına əlavə edilən xx.xx.2026-cı il tarixdə X6 tərəfindən yazılmış ərizədən görünür ki, Şəxs ona dəymiş maddi ziyanı ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İXM-in 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəyərək zərər çəkmiş şəxslə barışdığından, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında İXM-in 232-1-ci ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar