Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-85/2026 23.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X9 Natiq oğlunun sədrliyi, Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Ağsu rayonu, Kəndoba kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı icra vərəqinə əsasən Şəxs hər ay 60 manat aliment alınaraq X5 ödənilməlidir. Həmin qətnamə üzrə xx.xx.2014-cü il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-300/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-37/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. Həmin qərardad üzrə xx.xx.2025-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-300/2025 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı icra vərəqinə əsasən Şəxs hər ay 60 manat aliment alınaraq X3 xeyrinə ödənilməsi, daha sonra Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-300/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-37/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərarlar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclu məhkəmə qətnaməsini icra etməmiş, bu səbəbdən Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 3(016)-329/2025 saylı qərarına əsasən, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Borclunun 8600 manat borcu yaranmışdır. Hazırda borcundan ödəniş etmir. Bİr il ərzində təkrarən barəsində protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində Azərbayca Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək yeni işə başladığını bildirmişdir. Axtarışla polis əməkdaşları evə gəldiyi üçün ev sahibi onu və ailəsini evdən çıxarmışdır. Ödəniş etməkdən boyuq qaçırmır, vaxt verilməsini xahiş etmişdir. İş materialına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı icra vərəqinə əsasən Şəxs hər ay 60 manat aliment alınaraq X5 verilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2014-cü il tarixli qərardan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-300/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-37/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq X5 ödənilməlidir. - Ağsu Rayon Məhkəməsinin 18 noyabr 2025-ci il tarixli, 3(016)-329/2025 saylı qərarına əsasən, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İnzibati xəta haqqında xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* saylı protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(057)-37/2014 saylı icra vərəqinə əsasən Şəxs hər ay 60 manat aliment alınaraq X3 xeyrinə ödənilməli, daha sonra Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(057)-300/2025 saylı icra vərəqəsindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-37/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği indeksasiya edilərək, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,57 misli həddində sabit pul məbləğində aliment Şəxs tutularaq X5 verilməlidir. Borclu hazıradək cüzi ödəniş etmiş və hazırda 8600 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkarın izahatlarını, icra işinin və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-1-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 528.1-1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, İXM-nin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Məhkəmələrin bütün qərarları qəbul olunduğu gündən bir aydan gec olmayaraq anonimləşdirilməklə elektron qaydada yayılmalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-nin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, tələbkarların əmlak mənafelərini və icra sənədinin icra olunmamasının tələbkarların qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığını nəzərə alaraq hesab edir ki, Şəxs yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, onun inzibati məsuliyyətə cəlb edildiyi xəta özlüyündə pul məbləğinin ödənilməməsi ilə bağlıdır. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 23 fevral 2026-cı il tarixdən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Ağsu Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Ağsu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(5-110)-85/2026
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-85/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver