Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-91/2026 25.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ X11 Natiq oğlunun sədrliyi Cəbrayılova Könül Alov qızının katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Ağsu Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Ağsu rayonunda anadan olan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala audio və video yazı aparılmaqla baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-87/2025 saylı icra vərəqinə əsasən Şəxs 5608 manat alınaraq X1 xeyrinə ödənilməlidir. Həmin qətnamə üzrə xx.xx.2025-ci il tarixdə Ağsu rayon icra və probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarlar qəbul edilmişdir. Şəxs Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-87/2025 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Bu barədə Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 tərəfindən xx.xx.2026-cı il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Ağsu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 izahat verərək göstərdi ki, Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)- 87/2025 saylı icra vərəqinə əsasən Şəxs 5608 manat alınaraq X1 xeyrinə ödənilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Borclunun 5608 manat borcu yaranmışdır. Hazırda borcundan ödəniş edə bilmir. Məhkəmə qətnaməsini icra etmədiyinə görə barəsində Azərbayca Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş tədbir görülməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, övladı xəstə olduğu üçün ödəniş edə bilməmişdir. Onun məhkəmə qətnaməsinin icrasında yayınmaq fikri yoxdur. Aralarında razılığa gəlmişdirlər, hər ay tələbkara 300 manat ödəniş edəcəkdir. Buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X5 izahat verərək göstərdi ki, heç bir ödəniş etməyib. Aralarında razılığa gəlmişdirlər, borclu hər ay 300 manat ödəniş ediləcəkdir. Heç bir şikayəti yoxdur. Buna dair ərizəsini məhkəməyə təqdim etmişdir. Göstərilənlərə əsasən barəsində olan protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-nin 528.1ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ağsu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(016)-87/2025 saylı icra vərəqinə əsasən Şəxs 5608 manat alınaraq X1 xeyrinə ödənilməlidir. - İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Ağsu Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. - Ağsu Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borclu tərəfindən icra sənədi könüllü icra edilmədiyindən Ağsu Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət olunacağı, həmçinin inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə tədbirlər həyata keçiriləcəyi barədə xəbərdar olunmuşdur. Göründüyü kimi məhkəmə iclasında iş materialları ilə müəyyən olunmuşdur ki, Şəxs 5608 manat alınaraq tələbkar X4 verilməsinə dair Ağsu Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(016)-87/2025 saylı qətnaməsi qəbul edilmiş və icra olunması üçün icraya yönəldilmiş, borclu ilə tələbkar hazırda aralarında razılığa gəlmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığı üçün, bu maddə ilə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İXM-in 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan normaların tələbindən görünür ki, İXM-in 528.1-ci maddəsi ilə inzibati məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Şəxs qalıq borcu 5608 manat qalmışdır. Borclu tələbkarla aralarında razılığa gələrək, borcunu hər ay 300 manat ödənilməsinə razılaşmışdırlar və buna dair ərizələrini məhkəməyə təqdim etmişdirlər. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir (8.1). İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir (8.2). İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xəta haqqında başlanmış icraata xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 47-51, 114, 128-130-cu maddələrinə əsasən QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №3(5-110)-91/2026
Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-91/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver