Məhkəmə qərarları › İş №3(5-110)-92/2026

Ağsu Rayon Məhkəməsi Qərar — İş №3(5-110)-92/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Ağsu rayonu İş № 3(5-110)-92/2026 25.02.2026 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Əzizov Nemət Qamət oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağsu rayonu, İlxıçı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Ağsu rayonu, İlxıçı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ağsu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Ağsu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs Ağsu Rayon Məhkəməsinin 2(016)-208/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən üç uşağın saxlanması üçün hər ay 300 manat məbləğində alimentin alınaraq X3 verilməsi barədə icra sənədi icraata daxil olmuşdur. İcraata başlamaq haqqında qərar qəbul edilmiş və borcun ödənilməsi üçün bildiriş və digər aidiyyəti sənədlər borcluya göndərilmişdir. Yaranmış borcun ödənilməsi məqsədi ilə borclunun adına əmlakının olub-olmaması barədə aidiyyəti təşkilatlara sorğu ilə müracıət edilmiş və borclunun adına borcun yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Borclu dəfələrlə şöbəyə çağırılmış, izahatı alınmışdır. Borclunun hal-hazırda 7.140 manat borcu var və borcundan 600 manat ödəniş edə bilər. Barəsində İXM-in 528.1-cı maddəsində nəzərdə tutulmuş tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, o, avtoyumada işləyir. Havalar soyuq olduğundan işləri yaxşı deyil. Mart ayının 1də rəsmi işə başlayacaq, ondan sonra borcunu hissə-hissə ödəyəcək. Hal-hazırda 600 manat ödəyə bilər. Barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, Şəxs yalan danışır. Onun borcu ödəmək fikri yoxdur. Sonuncu ödəniş dekabr ayında olub. Onda da 7 ay axtarışda olduqdan sonra 1.000 manat ödəniş etmiş, qalan borcu da hər ay ödəyəcəyinə söz vermişdir. Lakin sözünə əməl etməmiş, yenidən icra məmurunin çağırışlarından yayınmış, borcu ödəməmişdir. Bu səbəbdən, Şəxs verəcəyi 600 manat pulu istəmir. Borcunun hamısını tələb edir. Barəsində qanuni tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və icra məmurunun izahatları, 25 fevral 2026-cı il tarixli, MN ******* nömrəli protokol ilə müəyyən olunur ki, Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Normanın tələbinə əsasən, məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olduğundan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM-in 528.1-cı maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh təyin edilməlidir. Məhkəmə, Şəxs inzibati tənbeh tətbiq edərkən, İXM-in 32.2-ci maddəsinə əsasən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs tərəfindən törədilən inzibati xətanın xarakterini, törədilmə şəraitini, habelə əmlak vəziyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 40, 43, 50, 51, 114, 128-130-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbsetmənin əvvəli 25 fevral 2026-cı il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Ağsu rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar