Məhkəmə qərarları › İş №3(5-111)-10/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-10/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-10/2026 22.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Astara rayonu YHN inspektoru polis kapitanı X1 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 21 dekabr 2025-ci il tarixli İXP seriyalı ******* saylı protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:35 radələrində Astara rayonu, Şahağacı kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi Chevrolet Cruze markalı, 77BC126 dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, M.Əzizbəyov küçəsində hərəkətdə olarkən qarşısına ünvan 1 ünvanında yaşayan Şəxs məxsus 1 (bir) baş iri buynuzlu heyvanın nəzarətsiz olmaqla asfalt örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmədə protokol tərtib edən Astara rayonu YHN inspektoru polis kapitanı X1 izahatında göstərmişdir ki, 17 dekabr 2025-ci il tarixdə 102 xidmətinə daxil olmuş müraciət əsasında Astara şəhəri, M.Əzizbəyov küçəsində hadisə yerinə getmişdir. Astara rayonu, Şahağacı kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi Chevrolet Cruze markalı, 77BC126 dövlət qeydiyyat nişanlı avtomobillə Astara şəhəri, M.Əzizbəyov küçəsində hərəkətdə olarkən qarşısına ünvan 1 ünvanında yaşayan Şəxs məxsus 1 (bir) baş iri buynuzlu heyvanın nəzarətsiz olmaqla asfalt örtüklü yola qəflətən çıxması nəticəsində maddi ziyana səbəb olan yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində tərəflərin izahatı videoçəkiliş aparılaraq CD diskə köçürülmüşdür. Şəxs ona məxsus 1 (bir) baş iri buynuzlu ağı-qara rəngli heyvanın ona məxsus olmasını və qısa-müddətdə nəzarətsiz qalaraq asfalt örtüyünə çıxmasını etiraf etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında iştirak edən Şəxs bildirmişdir ki, heyvanlarını hər gün səhər sahəyə aparır və saat 16 radələrində sahədən gətirir. 17 dekabr 2025-ci il tarixdə 2 iribuynuzlu heyvanını sahədən gətirib evlərinin önündəki qapıda saxlamışdır və digər qapıdan özü həyətə daxil olmuşdur. Heyvanların yemini hazırlayıb sonra onları yerbə-yer etmək üçün hazırlıqlar görmüşdür. Həmin zaman tanımadığı bir şəxsin həyətinə daxil olaraq ona məxsus olan inəyin sarı bir inəklə dalaşan zaman onun idarə etdiyi avtomobilə zərər vurduğunu demişdir. Lakin onun inəyində heç bir xəsarət izi yoxdur. İş materiallarında olan 17870 nömrəli xx.xx.2025-ci il tarixli aktdan və hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, Chevrolet Cruze markalı, 77BC126 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “sağ qabaq qanadı”, “sağ qapı” və “Sağ güzgünün üst hissəsinə” maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Yol-nəqliyyat sxemindən görünür ki, Şəxs məxsus bir baş iri buynuzlu ağ-qara rəngdə olan heyvan, Zərərçəkmiş şəxs idarə etdiyi Chevrolet Cruze markalı, 77BC126 dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan tərəfinə xəsarət yetirmişdir. İş materiallarında olan CD diskdən görünür ki, Şəxs ağ- qara rəngli iribuynuzlu heyvanın ona məxsus olmasını və nəzarətsiz qoyduğunu təsdiq edir. Təqdim olunmuş yol-nəqliyyat hadisəsinin sxemi, akt, fotoşəkil, CD və digər iş materialları əsasında Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5-ci maddəsində göstərilmişdir ki, At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni; 338.5.1. mal-qaranın yolda nəzarətsiz qoyulmasına; 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə; görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı iş materiallarında olan digər sübutlarla (video çəkiliş, hadisə yerinin sxemi, foto çəkillər, baxış aktı və sair) müəyyən olundu ki, Şəxs iri buynuzlu mal qaranı nəzarətsiz şəkildə asfalt örtüklü yola buraxmışdır. Nəticədə ona məxsus mal qara zərərçəkmiş şəxsə məxsus nəqliyyat vasitəsinə zərər vurmuşdur. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində məsuliyyətini yüngülləşdirici və ağırlaşdırıcı hallar isə müəyyən edilməmişdir. İş üzrə sübutlara qiymət verərək, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati tənbeh tədbiri cərimə tətbiq olunmasını məqsədəmüvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34, 43, 48, 114, 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar