Məhkəmə qərarları › İş №3(5-111)-101/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-101/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-101/2026 24.02.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi, protokol tərtib edən Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Astara şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: (xxxxxxx) subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərəfindən 24 fevral 2026cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17:10 radələrində Astara rayon məhkəməsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə təsirləndirilən inzibati qaydada 8 gün müddətinə həbs qərarı verilmiş ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Şəxs DİN-in xx.xx.2014-cü il tarixli Ə220-001- 14 nömrəli əmri ilə təsdiq edilmiş “həbs yerlərində daxili intizam qaydaları”nın tələblərinə uyğun olaraq Astara RPŞ-nin MSY-nə yerləşdirən zaman sonuncu qeyri adekvat hərəkətlər edərək iş rejimini pozmağa başlamışdır. Həmin zaman polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq sonuncu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmədə protokol tərtib edən Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 17:10 radələrində Astara rayon məhkəməsi tərəfindən İXM-nin 528.1-ci maddəsi ilə təsirləndirilən inzibati qaydada 8 gün müddətinə həbs qərarı verilmiş ünvan 2 ünvanında qeydiyyatda olan xx.xx.1992-ci il təvəllüdlü Şəxs Astara RPŞ-nin MSY-nə yerləşdirən zaman qeyri adekvat hərəkətlər edərək iş rejimini pozmağa başlamışdır, həmin zaman polis əməkdaşları onu dəfələrlə nizam-intizama dəvət etmələrinə baxmayaraq sonuncu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 16 fevral 2026-cı il tarixdə 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Astara rayon Məhkəməsindən MSY-yə əli qandallı şəkildə aparılmışdır. MSYdə olan zaman siqaret çəkmək istəmiş lakin ona icazə verməmişlər. Bir qədər sonra yenidən siqaret çəkmək istədiyini bildirmiş yenidən ona siqaret çəkmək üçün icazə verilməmişdir.Sadəcə bunun səbəbini soruşmuşdur. Bundan başqa polis əməkdaşları ilə aralarında heç bir söz söhbət olmamışdır. Cəzası bitəndən sonra azad edilmiş və yenidən protokol tərtib edilərək məəhkəməyə gətirilmişdir. Orda siqaret istədiyinə görə polislərdən dəfələrlə üzr istəmişdir, məhkəmə zalındada yenə üzr istəyir. Məhkəmə protokol tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatlarını, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmadıqda yaranır. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini, yəni ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən polis işçisinin qanuni tələblərinə tabe olmaması faktını təsdiq edən heç bir sübuta istinad edilməmişdir. Belə ki, Şəxs əli qandallı şəkildə MSY-yə aparılmış və orada öz siqaretini istəmişdir. Astara RPŞ-nin daxilində müvəqqəti saxlama yerində polis əməkdaşları ilə aralarında siqaretlə bağlı dialoq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə protokol tərtib olunur. Göründüyü kimi Şəxs ilə polis əməkdaşları ilə dialoq ictimai yerdə yox, RPŞ-nin daxilində MSY-də baş vermişdir. Məhkəmə Şəxs əli bağlı şəkildə polisə tabe olmamasını ağlabatan hesab etmir. Şəxs əməlində AR İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin mövcudluğunu təsdiq edən sübutlar yoxdur. Qanunvericilik: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsinə nəzərdə tutulmuş insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsiplərini nəzərə alır və hesab edir ki , inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 114.2.1 , 53, 105-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar