Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-129/2026 18.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X1, Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X3 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı əsassız protokol əsasında barəsində tərtib edilmiş 3 (üç) bal və 100 (yüz) manat cəriməni ehtiva edən xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində, barəsində tərtib edilmiş İXP ******* saylı əsassız cərimə protokolunu və bu protokol əsasında 100 (yüz) manat cərimə olunmağı barədə TP ******* nömrəli qərarı Astara rayon YPX-yə getməklə götürmüşdür. Buradan aydın olmuşdur ki, barəsində tərtib edilmiş cərimə protokolu xx.xx.2026-cı il tarixində saat 11:36-da Astara rayon Lələkəpeştə kənd ərazisində, İXM-nin 327.2-ci maddəsinə (əks istiqamətdə hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı) istinadən yazılmışdır. Lakin, faktı təsdiq edən hər hansı görüntü və qeydlər yoxdur və ola da bilməz. Çünki, ona məxsus ** BF *** qeydiyyat nişanlı avtomobil həmin tarixdə, yəni xx.xx.2026-cı il tarixində ümümiyyətlə Astara rayon Lələkəpeştə kənd ərazisində olmamışdır. Buna görə də faktı təsdiqləyən hər hansı sübut mövcud deyildir. Odur ki, barəsində tərtib edilmiş cərimə protokolu və qərar ləğv edilməlidir. Qanunla təqsirkarın təqsirinin sübutetmə vəzifəsi protokolu tərtib edən vəzifəli şəxsin üzərinə düşür. Əgər ona məxsus ** BF *** nömrəli avtomobil Astara rayon Lələkəpeştə kənd ərazisində olmuş olsaydı faktı təsdiqləyən görüntü mövcud olacaqdı. Digər tərəfdən ötməni qadağan edən yol nişanı və ya düzxətti zolaq olmayan yolda İXM-nin 327.2-ci maddəsi ilə şəxs təqsirləndirilə bilməz. Yəni sözügedən ərazidə ötməni qadağan edən nişan və düzxəttli zolaq mövcud deyildir. Odur ki, hesab edir hüquqları bilərəkdən pozulmuşdur. YPX əməkdaşlarına həvalə edilmiş nömrəli protokolların əsassız yazılması və korlanması məsuliyyətə səbəb olmalıdır. Çünki, əsassız cərimə olunan həmin qanunsuzluğu ortaya çıxarmaqdan ötrü əlavə vaxt itirir, stress keçirdir, maddi və mənəvi zərər görür. Hazırda o bu kateqoryaya aid olan şəxsdir. Protokolda inspektorun döş nişan nömrəsinin qeyd olunmaması daha bir qanun pozuntusudur. Belə ki, protokolun özlüyündə və həmin şəxsin bu səlahiyyətə malik olub-olmaması da şübhə altına alır. Bu cür protokollar əsasında qəbul edilmiş qərar əsassız hesab edilməklə ləğv edilməlidir. (Yol hərəkəti haqqında qanunun 81.2, 81.3, 84.3-ci maddələri). Məhkəmə iclasında X2 şikayətdə göstərilənlərə uyğun izahat verərək, Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, İXP ******* saylı əsassız protokol əsasında barəsində tərtib edilmiş 3 (üç) bal və 100 (yüz) manat cəriməni ehtiva edən xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli qərarın əsassız hesab edilməklə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 məhkəmə iclasında şikayətin əsassız olduğunu bildirərək, qeyd edtmişdir ki, qayda pozuntusu bilavasitə tərəfindən aşkar edilmiş, şəxsə bu barədə məlumat verilmiş və barəsində protokol tərtib edilmişdir. Şəxsin saxlanılan zaman və həmin ərazinin videogörüntüsü tərəfindən məhkəməyə təqdim edilmişdir və həmin görüntülərdən də şəxsin hərəkəti aşkar görünməkdədir. Məhkəmə şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2026-cı il tarixində Astara rayonu, Lələkəpeştə kəndində X2 ** BF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat cərimə tətbiq edilmişdir. Videogörüntülərdə aşkar edilmişdir ki, şikayəti verən X2 hadisə zamanı idarə etdiyi ** BF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsindən enərək törətdiyi inzibati xətanı etiraf edir. Videogörüntülərdə aşkar edilmişdir ki, sözügedən ərazi duz xətt ilə nişanlanmaqla iki tərəfli hərəkət yoludur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-in 120-ci maddəsinə əsasən bu Məcəllənin 327 - 356-cı maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə bu Məcəllənin 45-2.3-cü maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə tərtib olunur və dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilərək, nömrələnmiş blankda çap edilərək imzalanır. Bort-kompüter olmadıqda əl ilə nömrələnmiş blankda tərtib edilmiş protokol və ya qərar 24 saat müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə daxil edilir və bu Məcəllənin 45-2.1-ci maddəsinə uyğun olaraq bu barədə məlumat dərhal “İCMAL” informasiya sisteminə ötürülür. Bu məlumatlar əsasında həmin protokola və qərara “İCMAL” informasiya sistemində real vaxt rejimində və avtomatlaşdırılmış qaydada unikal nömrə verildikdən sonra həmin protokol və qərar real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Məhkəmə iclasında təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, X2 xx.xx.2026-cı il tarixində Astara rayonu, Lələkəpeştə kəndində ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. İş materialları sözügedən hallar öz təsdiqini tapmışdır. Belə ki, tədqiq edilmiş videogörüntülərdə şikayət verən Rusif Şamilzadənin törətdiyi inzibati xətanı etiraf etməsi, həmin xətaya görə barəsində inzibati tənbeh tətbiq edilməməsi üçün müəyyən hərəkətlər etməsi öz təsdiqini tapmışdır. Buna görə də, şikayətçi X1 inzibati məsuliyyətə cəlb olunmaması üçün heç bir əsas yoxdur. Şikayətində göstərdiyi xüsusatlar onun özünü müdafiəsi və inzibati məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X1 şikayəti təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Astara rayonu Yol patrul xidmətinin inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-129/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-129/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver