Məhkəmə qərarları › İş №3(5-111)-133/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-133/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-133/2026 04.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, Astara Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, (FİN xxxxxxx) orta təhsilli, ailəli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Astara Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş 04 mart 2026-cı il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. Astara Rayon İcra Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, Borclu Astara Rayon Məhkəməsinin 8(018)-71/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini və Astara Rayon Məhkəməsinin 2(018)-1036/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməkdən yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 3085 manat aliment borcu və 1986 manat pul borcu vardır. Məhkəmə iclasında Astara Rayon İcra şöbəsinin böyük icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək göstərmişdir ki, borclu Şəxs Astara Rayon Məhkəməsinin 8(018)-71/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini və Astara Rayon Məhkəməsinin 2(018)-1036/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etməkdən yayınmaqla tələbkar Zərərçəkmiş şəxs 3085 manat aliment borcu və 1986 manat pul borcu vardır. 1986 manat pul borcundan bugünədək heç bir ödəniş etməmişdir. Aliment borcundan isə sonuncu dəfə 2025-ci ilin dekabr ayında 135 manat ödəniş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, fərdi əməklə məşğul olaraq qazanc əldə edir. Hal-hazırda iş olmadığından borclarını ödəyə bilməmişdir. İşləmədiyi halda aliment borcundan çox hissəsini ödəmişdir. Digər borcunuda hissə-hissə ödəyəcəkdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xəstə uşağını həkimə aparmaq üçün heç olmasa 1000 manat verməsini istəməsinə baxmayaraq Şəxs imkanının olmadığını ona bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 2(018)-1036/2024 nömrəli icra vərəqəsindən görünür ki, Şəxs 1650 (min altı yüz əlli) manat əsas borc, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat və dövlət rüsumu üçün ödənilmiş 36 (otuz altı) manat məbləğdə pul vəsaiti tutulub Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 8(018)-71/2025 nömrəli icra vərəqəsindən görünür ki, Astara Rayon Məhkəməsinin 2(018)-913/2024 saylı, 31 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə 24 oktyabr 2011-ci il təvəllüdlü X1 və 12 dekabr 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Şəxs tutulan aliment sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.52 misli həddində indeksasiya olunmuş, alimentin bu qaydada tutulması 07 aprel 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 2(018)-1036/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, 8(018)-71/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin 0 gün müddətində könüllü icra etməyi bildirilmişdir. İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(018)- 25/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, icra məmurunun, tələbkar Zərərçəkmiş şəxs izahatlarını, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs nun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi vardır və onun əməli, yəni qərəzli olaraq icra sənədini icra etməməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.1-ci maddəsinə əsasən məhkəmə, məhkəmə aktlarını qətnamə, qərardad, qərar və əmr formasında qəbul edir. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcunu ödəməkdə qərəzli olduğunu göstərir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Buna görə də hesab edirəm ki, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 109, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 (on) gün müddətinə həbs inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 04 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar