Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-134/2026 04.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 14 avqust 1990-cı il tarixdə Astara rayonu Sərək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «sübutların qiymətləndirilməsi barədə» 24 yanvar 2026-cı il tarixli qərar və onun əsasında tərtib edilmiş 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 16 radələrində Şəxs həmkəndlisi Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında bildirdi ki, 07 yanvar 2026-cı il tarixdə Astara rayonu Sım kəndində yaşayan Zərərçəkmiş şəxs ərizə ilə Astara RPŞ-yə müraciət edərək, xx.xx.2026-cı il tarixində saat 16 radələrində həmkəndlisi Şəxs ilə şəxsi münasibətlər zəminində aralarında mübahisə yarandığını, mübahisə zamanı Şəxs bədəninin müxtəlif nahiyəsinə odun parçası ilə vuraraq onu döydüyünü bildirmişdir. İş üzrə araşdırma aparılmış, Zərərçəkmiş şəxs əməlində CM-nin 128-ci maddəsinin tərkibinin və Şəxs əməlində isə İXM-nin 157-ci maddəsinin tərkibinin olduğu müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini bildirərək qeyd etmişdir ki, göstərilən ünvanda ailəsilə birlikdə yaşayır, evlidir, 3 uşaq anasıdır, rəsmi olaraq heç bir yerdə işləmir, DİN-nin 102 xidmətinə və Astara rayon polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Zərərçəkmiş şəxs həmkəndlisidir, əvəllər aralarında münasibətləri yaxşı olmuşdur, evinin ətrafı meşə zolağı ilə əhatə olunur, yaşadığı evin yaxınlığında külək nəticəsində bir ədəd qoz ağacı yıxılmışdır, həmin qoz ağacından həmkəndlisi Zərərçəkmiş şəxs odun qırdığını görmüş, ona yaxınlaşaraq bildirmişdir ki, "bu ağacı qayınatam əkib, qoz ağacı bizə məxsusdur burdan odun qırma uzaqlaş”. Bu zaman Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır, mübahisə zamanı ünvanına nalayiq ifadələr işlədərək, yerdən götürdüyü odun parçası ilə bədəninin müxtəlif nahiyəsinə vuraraq onu döymüşdür, həmin vaxt Zərərçəkmiş şəxs əlindəki odun parçası yerə düşdü, həmin odun parçası ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyəsinə vurmuşdur, daha sonra dartışan zaman odun parçası əlindən yerə düşmüşdür, mübahisəyə səbəb həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında yıxılan qoz ağacından odun qırması olmuşdur, mübahisə zamanı hadisə yerində kənar şəxs olmamışdır Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs həmkəndlisidir, əvəllər aralarında münasibətləri yaxşı olmuşdur, təxminən iki həftə bundan əvvəl Astara rayonu, Sim kəndində meşə ərazisində külək nəticəsində bir ədəd qoz ağacı yıxılmışdır, xx.xx.2026-ci il tarixdə həmin qoz ağacından odun qırdığı zaman həmkəndlisi Şəxs onun yanına gələrək, ona bildirdi ki, "bu ağacı qayınatam əkib, qoz ağacı bizə məxsusdur burdan odun qırma uzaqlaş", o da Elnarəyə "bu ağac sənin evindən 500 metir uzaqda yıxılıb meşə zalağına aiddir hardan sənin oldu" cavabını vermişdir. Bundan sonra aralarında mübahisə yarandı, mübahisə zamanı Şəxs onun ünvanına nalayiq ifadələr işlətdi, bu səbəbdən əsəbləşərək yerdən götürdüyü odun parçası ilə onun bədəninin müxtəlif nahiyəsinə vuraraq onu döymüşdür, həmin vaxt Şəxs əlində olan odun parçasını alaraq onun bədəninin müxtəlif nahiyəsinə vurmuşdur. Hazırda Şəxs şikayətçidir və onunla barışmır. Qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sübutların qiymətləndirilməsi barədə” 24 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin tərkibi olduğundan barəsində yekun protokolun tərtib olunaraq material ilə birlikdə Astara rayon prokurorluğuna göndərilməsi, baş vermiş mübahisə şəxsi münasibətlər zəminində və məhdud dairədə, ictimaiyyət olmayan yerdə baş verdiyindən tərəflərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin və digər cinayətlərin tərkib əlamətləri olmadığından həmin xüsusatların rədd edilməsi, mübahisə zamanı Şəxs Rafail qızı, Zərərçəkmiş şəxs döyməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində inzibatı icraat işi açılmasından ötrü qəbul edilmiş qərarın surətinin şöbənin İTByə göndərilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 canlı şəxsin ekspertizasının 08 yanvar 2026-cı il tarixli, 08 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sol sağrı, sol kürək nahiyyələrində qançırlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 04 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2026-cı il tarixdə saat 16:00 radələrində Zərərçəkmiş şəxs döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan sübutların qiymətləndirilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 canlı şəxsin ekspertizasının rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özünümüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs himayəsində 3 azyaşlı uşağının olması məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-134/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-134/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver