Məhkəmə qərarları › İş №3(5-111)-136/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-136/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-136/2026 04.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Astara rayonu, Şahağacı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, FİN: (xxxxxxx), evli, orta təhsilli, işləməyən, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 tərəfindən xx.xx.2026-cı il tarixində Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə Quliyev X4 Rayonlararası Narkoloji xəstəxanasında tibbi müayinə zaman onun narkotik vasitə istifadə etməsi aşkar edilmişdir. Məhkəmədə iclasında iştirak edən Astara RPŞ-nin İTB-nin sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs narkotik vasitələrin istifadəsində şübhəli olduğu üçün Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasında tibbi müayinədən keçirilmişdir. Keçirilmiş müayinə zamanı narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapmışdır. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, ailəli olmaqla 2 uşağı vardır. Əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Sonuncu dəfə 3 gün bundan öncə patı adlanan narkotik vasitədən istifadə etmişdir. Əməlindən peşmandır və bir daha narkotik vasitələrdən istifadə etməyəcəkdir. Bütün bunların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi etirafını, Astara RPŞ-nin İTB-nin sahə rəisi X1 məhkəmə iclasında verdiyi izahatı və inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli olması yəni narkotik vasitə istehlak etməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 83 saylı narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinənin aparılması haqqında aktdan görünür ki, Şəxs sidiyində narkotik maddə MET(metamfetamin) aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 44 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan elektron çıxarışdan görünür ki, Şəxs 2 uşağı vardır. Beləliklə, Şəxs şəxsi istehlak miqdarında narkotik vasitəni qanunsuz olaraq əldə edib istehlak etməsi özünün səmimi etirafı və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi etirafını, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Qanunvericilik: Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda, inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs tutulduğu 03 mart 2026-cı il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 03 mart 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Astara rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar