Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-157/2026 16.03.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hacızadə Hacı Yusif oğlunun katibliyi, Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Astara rayonu, Ərçivan kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİM: Şəxs barəsində Astara Rayon Polis Şöbəsi tərəfindən 16 mart 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialda göstərilmişdir ki, xx.xx.2026-cı il tarixdə X2 məxsus 100 manat dəyərində armaturları Şəxs oğurlamışdır. Məhkəmədə protokol tərtib edən şəxs Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X6 izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə X2 məxsus 100 manat dəyərində armaturları sahədən Şəxs oğurlamışdır. Bu barədə təhqiqat bölməsində araşdırma aparılmış və cinayət işinin başlanması rədd olunmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə X2 məxsus armaturları görüb götürmüşdür, götürən zaman onların X2 məxsus olmasını bilməmişdir. Əməli tək törətmişdir. Halhazırda əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir və onunla barışmışdır. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ona məxsus dəyəri 100 manat olan armaturları oğramışdır. Hal-hazırda ona dəymiş ziyan ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Astara rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis X1 13 mart 2026-cı il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci (xırda talama) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati icraat işinin açılması məqsədilə qərarın surəti şöbənin İTB-nə göndərilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyan ödəmişdir, əməlindən peşmandır, ərizəsini nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Tərəflərin izahatını, iş materiallarını araşdırıb hesab edirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş, həmin xətanın törədilməsində təqsirlidir, lakin inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 39.2, 43, 48, 53, 114, 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №3(5-111)-157/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-157/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver