Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-17/2026 08.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X2, Zərərçəkmiş şəxs X10 və onun qanuni nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1949-cu il tarixdə Astara rayonu Təngərüd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Astara rayonu, Təngərüd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod: xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Astara rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi barədə» 23 oktyabr 2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 06 oktyabr 2025-ci il tarixdə saat 14:15 radələrində X12 döyərək xəsarət yetirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Astara RPŞ-nin İTB-nin sahə rəisi X5 izahatında bildirdi ki, 06 oktyabr 2025-ci il tarixdə Astara rayonu Təngərüd kəndində yaşayan X6 ərizə ilə Astara RPŞ-yə müraciət edərək, xx.xx.2025-ci il tarixində Şəxs yaşadığı evinin həyətində aralarında mübahisə yaranmış, Şəxs mübahisə zamanı oğlu X4 qoluna bıçaqla xəsarət yetirmiş, onu hədələyərək öldürəcəyini bildirmişdir. İş üzrə araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmiş və şəxsin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında protokol tərtib edilərək şəxs məhkəməyə gətirilmişdir. Ona görə də Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini, 06.10 2025-ci il tarixdə DİN-in 102 xidmətinə və Astara RPŞ-yə döyulməyi ilə bağlı müraciət etmişdir. X9 və onun oğlu X16 onun qonuşlarıdır. Əvvəllər onlarla münasibəti normal olmuş, lakin, sonradan ailə məişət məsələləri səbəbindən münasibətləri pozulmuşdur. Tez-Tez yaşadıqları Astara rayonu Təngərüd kəndidə aralarında mübahisələr yaranmışdır. xx.xx.2025-ci il tarixdə yaşadğı evdə olmuş, saat 15 radələrində pul qarşılığında dəmir və metal əşyalar alan şəxs onun həyətinə gəlmişdir. O da həyətinda olan xarab vəziyətdəki su matorunu ona satmışdır. Elə bu zaman, Elman Nəzərov onun evinin yanından keçərkən ona bundan sonra bu tərəfdən getməməyi, yolunun digər tərəfdən olduğunu demişdir. Bundan təxminən 10 dəqiqə sonra, X16 və onun valideyini X9 yaşadığı həyətə daxil olaraq mübahisə yaratmışlar. Mübahisə zamanı onlar onu nalayiq ifadələrlə təhqir etmişlər. Qarşlıqlı olaraq o da onları nalayiq ifadələrlə təhqir etmişdir. Mübahisə zamanı, X16 və anası X7 onun bədəninin müxtəlif nahiyələrinə sillə və yumruq zərbələri vuraraq döymüşlər. Həmin zaman, sadəcə olaraq zərbənin qarşısını almaq üçün, Elman Nəzərovun əllərini tutmuşdur. O bununla bağlı DİNnin 102 xidmətinə müraciət etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 14 radələrində məktəbdən çıxıb evə gələrkən qonşusu Mislimin evinin yanından keçərkən qarşısını kəsərək küçə söyüşləri söyərək, əlindəki taxtaqırığı ilə onu qovmuşdur. O ağlayaraq evə getmişdir. Anası ondan nə olduğunu soruşduqda bildirmişdir ki, qonşu Şəxs onu qoruxudaraq bildirmişdir ki, sizin başqa yolunuz yoxdu burdan keçirsiz. Anası Ülviyyə onu da götürüb qonşusu Mislimin həyətinə getmişlər və Mislimdən onlardan nə istədiklərini soruşduqda, Mislim cibindən bışaq çıxardaraq onların üzərinə hücum çəkmişdir. Onun sağ qolunda bıçaqla sıyrıqlar yaratmış, sonra onları küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X1 Elman Elcan oğlu ilə eyni məzmunlu ifadə verərək hazırda Şəxs şikayətçi olduğunu və onunla barışmaqdıqlarını, qeyd olunanları nəzərə alaraq şəxs barəsində ən ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 23 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Astara rayonu Təngərüd kəndində yaşayan Şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs barəsində inzibati icraat işinin açılmasından ötrü qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 canlı şəxsin ekspertizasının 07 oktyabr 2025-ci il tarixli, 284 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində - sol dirsək oynağı, sol said nahiyyələrində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti müayinədən bir gün əvvələ uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 canlı şəxsin ekspertizasının 07 oktyabr 2025-ci il tarixli, 283 saylı rəyindən görünür ki, vət. Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Astara rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 08 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 oktyabr 2025-ci il tarixdə saat 14:15 radələrində X12 döymüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X10 döyülməsi və bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatı, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X11” X18 canlı şəxsin ekspertizasının rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Şəxs özünü təqsirli bilməyərək, zərərçəkmişi döyməməsini iddia etməsi isə məhkəmə tərəfindən şəxsin özünümüdafiə etməsi kimi qiymətləndirilir və əsassızdır. Belə ki, Şəxs zərərçəkmişlər tərəfindən döyüldüyünü qeyd etmiş, polisə müracət etmiş, lakin ekspertiza zamanı üzərində hər hansı xəsarət aşkar edilməmiş, məhkəmə iclasında zərərçəkmişlərin başqa bir yolu da olduğu üçün, onun evinə gedən yoldan istifadə etməmələri ilə bağlı iradlar bildiyini etiraf etmişdir. Bu isə bir daha sübut edir ki, şəxslə zərərçəkmişlər arasında mübahisə var, barəsində inzibati icraat aparılan şəxs ilk özü polis şöbəsinə müraciət etməklə məsuliyyətdən yaxa qurtarmaq istəmiş, özünümüdafiə etməyə çalışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların, məsuliyyəti ağırlaşdıran halların olmamasını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh növü təyin edilsin. Qərarın icrası Astara rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №3(5-111)-17/2026
Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-17/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver