Məhkəmə qərarları › İş №3(5-111)-48/2026

Astara Rayon Məhkəməsi Qərar — İş №3(5-111)-48/2026

22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Astara rayonu İş № 3(5-111)-48/2026 22.01.2026 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Protokol tərtib edən şəxs Astara RPŞ-nin İTB-nin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Astara rayonu, Seləkəran kəndinə anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Astara rayonu, Seləkəran kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan (Finkod xxxxxxx). Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərəfindən 22 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında materialdan görünür ki, Astara Rayon Polis Şöbəsinin DYPB-nin rəisi, polis mayoru Mirxas Təhməzov 22 yanvar 2026-cı il tarixdə saat 00:10 radələrində Astara Rayon Polis Şöbəsinin DYPB-nin YPX-inspektoru, polis baş serjantı Müsəddin Şərifovla birlikdə xidmət edərkən Astara rayonu Heydər Əliyev prospektində X1 məxsus olan “Murovey” markalı motosiklet dövlət qeydiyyat nişanı olmadığı üçün tərəflərindən saxlanılmışdır. Saxlama zamanı kənardan tanımadıqları şəxs – adı sonradan məlum olan Astara rayonu Seləkəran kənd sakini Şəxs – onlara müdaxilə etmiş, özünü təqdim etməkdən imtina edərək yüksək səslə ünvanlı, nalayiq ifadələrdən istifadə edərək qışqırmağa başlamışdır. Ona müvafiq izahlar verilərək etdiyi hərəkətlərin inzibati xəta olması izah edilsə də sonuncu polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 22 yanvar 2026-cı il tarixdə saat 00:10 radələrində Astara şəhər ərazisində olan zaman tanıdığı Teymur Yaqubovun idarə etdiyi “Murovey” markalı motosikletin YPX-nin əməkdaşları tərəfindən saxlanıldığını müşahidə etmişdir. Həmin zaman o, polis əməkdaşlarına yaxınlaşaraq onların Teymur Yaqubovu saxlamasına etiraz edərək küçədə səs-küy salmışdır. Polis əməkdaşlarının xidməti fəaliyyətinə mane olmaması barədə irəli sürdükləri qanuni tələblərinə baxmayaraq, o, hərəkətlərinə davam etmiş və onların qanuni tələbinə tabe olmamışdır. Şəxs hadisə ilə əlaqədar davranışına görə peşmanlığını bildirmiş və bu cür halların gələcəkdə təkrarlanmaması üçün ciddi şəkildə çalışacağını qeyd etmişdir. Eyni zamanda, barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokol tərtib edən şəxs Astara Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 tərtib olunmuş protokolu müdafiə edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirmişdir ki, 22 yanvar 2026-cı il tarixdə saat 00:10 radələrində YPX-nin inspektoru, polis serjantı Müsəddin Şərifovla birgə Astara şəhərində Heydər Əliyev prospektində xidmətdə olduğu zaman X1 məxsus “Murovey” markalı motosikletin dövlət qeydiyyat nişanı olmadığı üçün tərəflərindən saxlanılması zamanı kənardan tanımadığları şəxs adı sonradan onlara məlum olan Astara rayonu Seləkəran kənd sakini Şəxs işlərinə müdaxilə etmişdir. O, sərxoş vəziyyətdə yüksək səslə nəlayiq ifadələrdən istifadə etməyə başlamış, daha sonra Şəxs etdiyi hərəkətlərin inzibati xəta olduğunu dəfələrlə izah etmələrinə baxmayaraq, Şəxs sərxoş vəziyyətdə qanuni tələblərinə qəstən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, 22 yanvar 2026-cı il tarixdə saat 00:10 radələrində DYPB-nin rəisi, polis mayoru Mirxas Təhməzovla birgə Astara şəhərində Heydər Əliyev prospektində xidmətdə olduğu zaman X1 məxsus “Murovey” markalı motosikletin dövlət qeydiyyat nişanı olmadığı üçün tərəflərindən saxlanılması zamanı kənardan tanımadığları şəxs adı sonradan onlara məlum olan Astara rayonu Seləkəran kənd sakini Şəxs işlərinə müdaxilə etmiş, o, sərxoş vəziyyətdə yüksək səslə nəlayiq ifadələrdən istifadə etməyə başlamış, daha sonra Şəxs etdiyi hərəkətlərin inzibati xəta olduğunu dəfələrlə izah etmələrinə baxmayaraq, Şəxs sərxoş vəziyyətdə qanuni tələblərinə qətiyyətlə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 10 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə, saat 00:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, protokol tərtib edən şəxsin, şahidlərin izahatını dinləyib, inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildiyi halda inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İnzibati həbs tənbeh tədbirinin əvvəli Şəxs inzibati qaydada tutulduğu xx.xx.2026-cı il tarixdən, saat 00:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən, saat 00:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Astara Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar